<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d17190627\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://meqale-imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://meqale-imammehdi.blogspot.com/\x26vt\x3d-1288253874373569252', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Wednesday, October 12, 2005

ZUHURDAN SONRA

İmam Zamanın (əc.) zühurundan sonra baş verəcək hadisələri bəyan edən rəvayətlərə nəzər salarkən bunların şahidi oluruq:
1) Qlobal İslam hakimiyyeti
İmam Baqir (ə) «və qatiluhum hətta la təkunə fitnə və yəkunəddinu kulluhu lillah» (Ən-fal/39) ayəsinin təfsiri barə-sində belə buyurur:
"Bu ayənin təvili (əsil həqiqəti – S. Ü.) hələ gəlməmişdir. Bu, İmam Mehdinin, yerdə qalanlar Allahın izzət və cəlalına pərəstiş edəcəkləri vaxtacan müşrikləri məhv edəcəyi zaman-dır. Həmin zamanda şirkdən heç bir əsər-əlamət qalmayacaq. Bunların hamısı bizim Qaimi-mizin zamanında baş verəcək."
İmam Sadiq (ə) buyurur:
"Həzrət Qaim qiyam edən zaman elə bir şəhər olmayacaq ki, oradan kəlmeyi - şəhadət sədası eşidilməsin."
2). Din hökmlərinin icrası
İmam Kazim (ə) Hədid surəsinin 17-ci ayəsinin ("Ey insanlar, bilin ki, Allah ölmüş yer üzünü yenidən dirildəcək.") təfsirində o həzrə-tin qiyamına işarə edərək buyurur:
«Bu ayədə məqsəd Allahın yer üzünü yağışla diriltməsi deyil. Allah elə insanlar vücuda gətirəcək ki, onların əlilə yer üzündə ədalət və dini ayinləri dirçəltsin."
3). Qur`anın dirçəldilməsi və Qur`an maarifi.
İmam Əli (ə) o həzrətin qiyamına işarə edərək buyurur:
«Əhli-beyt şiələrini görürəm ki, Kufə məscidinə yığışıb xeymələr qurmuş və orada Qur`ani - kərim peyğəmbərə necə nazil olmuşdusa, elə o cür başqalarına öyrədirlər." (Biha-rül ənvar c 52 səh 366)
Əmirəlmö`minin (ə) digər bir xütbəsində İmam Zamanın dünyanı idarə üsulu barəsində buyurur:
«İnsanlar haqqa öz həvayi- nəfslərinə uyğun əməl etdikləri zaman, o, zühur edəcək və nəfsani istəkləri haqqa tabe edəcək." (Nəhcül bəlağə, xütbə 138 s. 190)
İnsanlar Qur`anı öz rəylərinə uyğun təfsir etdikləri zaman o, zühur edəcək və düşüncələri Qur`anla uyğunlaşdıracaq."
4) Ədalətin bərpası və zülmün aradan qaldırılması.
həzrət Rəsul (s) buyurur:
"Həzrət Məhdi (ə) mənim övladlarımdandır. O, qeybə çəkiləcək və nəhayət zühur edərək zülmlə dolmuş yer üzünü ədalətlə dolduracaq." (Yənabiul məvəddət, s. 668)
Bu və digər hədislər sünnü və şiə kitablarında mütavatir həd-dindədir. Onların çoxunda ədalət və qist sözləri bir-birinin yanında gəlmişdir. Bu iki kəlmənin bir-birindən fərqi vardır.
Ədl qistdən daha geniş mə`naya malikdir. Qist ancaq başqa-larının haqqına riayət etməkdir, ədl isə hamının və hər şeyin haqqına riayətdir. Qist yalnız başqaları üçün işlənir, ədl isə insanın özü ilə, Allahı ilə və başqalarıyla rabitəsinə də şamil olur. Qist cövrün ziddinədir, ədl isə zülmün.
5) İslamın çiçəklənməsi.
İmam Sadiq (ə) buyurur:
"O Həzrət qiyam edərkən insan-ları yenidən İslama də`vət edəcək." (Biharül ənvər c, 51 səh. 30)
Peyğəmbərin vəfatından sonrakı dövr, həqiqətən də çox böhranlı bir dövr idi. Xəlifələrin haki-miyyətə gəlməsi, İslam mənbə-lərində, din maarifində səhv təfsirlərin meydana çıxmasına gətirib çıxartdı. Camaat Peyğəm-bərin (s) həqiqi davamçıları olan Əhli-beytdən (ə) uzaqlaşdı, ələl-xüsus uzun müddətli qeyb dövründə vəhyin əsl həqiqətləri müsəlman-lara qaranlıq qaldı.
İmam Sadiq (ə) əvvəlki sözlərinin davamında buyurur:
"O, yenidən camaatı islama də`vət edəcək və onları unudulmuş hökmləri yerinə yetirməyə vadar edəcək. Həqiqətən İmam camaatı unudulmuş hökm-lərə tərəf hidayət etdiyi üçün "Məhdi", Haqq uğrunda qiyam etdiyi üçün "Qaim" adlan-dırılmışdır."
İmam Baqir (ə) həzrət Məhdi hökumətinin idarə üsulu haqqında buyurmuşdur:
«O, Peyğəmbər (s) kimi rəftar edəcək − xürafatları aradan aparacaq. Necə ki, Allah Rəsulu (s) cahiliyyət dövrünün tör-töküntülərini aradan apardı. O, İslamı əvvəlki halına qaytaracaq." (Mikayalul Məkarim, c. 1 səh. 57, 98-ci hədis)
6) Elm və maarifin təkamülü.
İmam Sadiq (ə) buyurur:
«Elm iyirmi yeddi hissədən ibarətdir. Peyğəmbərlərin gətirdiyi elmlər yalnız iki hissədir. Deməli, indiki insan-lar iki hərfdən artıq heç nə bilmirlər. Qaimimiz qiyam edən zaman elmin iyirmi beş hər-fini də üzə çıxaracaq və camaat arasında olan o iki hissəyə də əlavələr edəcək." (Biharül ənvar, c. 52, səh. 336, 73-cü hədis.)
"Elm o qədər çox yayılacaq, elm öyrənmək o qədər asanlaşacaq ki, hamı elmə yiyələnəcək və artıq insanların bir-birlərinin elmlərinə ehtiyacları olmaya-caq."
İmam Baqir (ə) buyurur:
"Həzrət Məhdi (ə) hikmət və elmi aşkar edən zaman qadın öz evində Allahın kitabı və peyğəmbərin sünnəsinə əsasən hökm verər." (Biharul ənvar, c. 5,2 s. 352)
İmam Əli (ə), Məhdinin (ə) zühurundan sonrakı dövr barə-sində buyurur:
"Elm mö`minlərin ürəklərinə yayılar və artıq mö`min öz mö`min qardaşının elminə ehtiyac duymaz." (Biharül ənvar, c. 53, səh. 76)
7) İdrakın kamilləşməsi
İmam Baqir (ə) buyurur:
"Bizim qaimimiz qiyam edən zaman Allah taala qüdrət əlini bəndələrinin başı üzərinə qoyar və bununla da onların ağıllarını cəmləşdirib dü-şüncələrinə kamillk bəxş edər." (Muntəxəbül əsər, fəsl 7, bab. 12, səh. 473)
8) Əmin-amanlıq:
"Onun zamanında qoyunla canavar, inəklə şir, insanla ilan mehribanlaşar." (Biharül ənvar, c. 51, s. 61).
Həzrət İdrisin (ə) səhifəsindən nəql olunur:
"Məhəmmədin övladlarının Qaimi zahir olan zaman yer üzü əmniyyət tapar. Bir-birinə zərər vurma və qorxu-hürkü aradan gedər. Vəhşi heyvanlar insan-larla yaşayar və bir-birinə əziyyət yetirməzlər." (Biharül ənvar, c. 52, s. 384)
Əmirəl-mö`minin Əli (ə) buyurur:
"Həzrət Mehdinin dövründə bir qadın Şam və İraq arasında yol gedərkən ayağını yaşıllıq və bitki üzərindən başqa yerə qoymaz. Onun yanında qiymətli əşyaların olmasına baxmayaraq heç bir quldur ona hücum etməz və o qadın heç nədən qorxmaz." (Mikyalul Məkarim, c. 1, s. 101, hədis 228)
9) Könüllərin ülfəti
Əmirəl-mö`minin Əli (ə) Peyğəm-bərdən soruşur:
"Mehdi (ə) bizim ailəmizdən-dir?
Həzrət buyurur: "Bəli, Allah taala dini bizim əlimizlə başladığı kimi, bizim əlimiz-lə də yekunlaşdıracaq. Camaat İmamın sayəsində fitnələrdən qurtular, necə ki, bizim vasitə-mizlə şirkdən nicat tapdı. Allah taala onun vasitəsilə fitnə və düşmənliklərdən sonra ülfət və qardaşlıq vücuda gətirəcək, necə ki, bizim vasitəmizlə düşmənlik və şirk-dən sonra dində ülfət vücuda gətirdi." (Biharül ənvar, c. 51, hədis 34)
Əli (ə) buyurur: "Allah taala həzrət Mehdi (ə) vasitəsilə müxalif ürəklər arasında ül-fət və dostluq vücuda gətirəcək-dir."
Digər hədisdə buyurur: "Bizim Qaimimiz qiyam edərkən göy yağışını yağdırar, yer bitkilərini bitirər və düş-mənlik, kin bəndələrin ürəklə-rindən silinər."
10) Yer üzünün günahlardan paklanması
İmam Sadiq (ə), Məhdi (ə) həzrətlərinin zühurundan sonra camaatın halı barədə belə buyurur:
"Yer üzündə Allahın fər-manından qaçılmaz, Allaha itaətsizlik olmaz."

Mesume Şahmardanlı

0 Şərh var:

:
:
:

<< Ana səhifə