<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d17190627\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://meqale-imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://meqale-imammehdi.blogspot.com/\x26vt\x3d-1288253874373569252', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Tuesday, November 01, 2005

İmam zaman və dünya dinləri

Müeyyen edilmiş bir zamnda ,adil hökümdarın başçılığı altında dünyanın islah olunacağına inam tekce İslam dinine, xüsusile Şie mezhebine mexsus deyil.Belke bütün İlahi ve qeyriilahi dinlerde bu mövzuya işare edilmişdir.Beleki bu din başçıları ardıcıllarına ,gelişi gözlenilen rehberin intizarında olmağı tövsiyye etmiş ve bu haqda bir çox gösterişler vermişler. Ümumi tanışlıq üçün meqalemizde “Hindu”,”Zerdüşt”,”İncil” “Tövrat” ve “Zebur” kimi dini kitablarda İmam Zamanın (e.c.f) gelişi haqqında verilmiş müjdelere işare edirik. Hinduların dini kitablarında müjde
Hinduizmlerin müqeddes saydıqları “Did” adlı kitabda yazılmışdır:”Zamanın sonunda “Mensur” adlı padşah zuhur ederek dünyanı öz ixtiyarına keçirecek ,hamı Onun dinini qebul eder ve O ,insanların rehberi olacaqdır.Mömin insanları kafirlerden ayıracaq ve Allah onun bütün arzularını heyata keçirecekdir.” Xatırlama:Merhum Müheddis Nuri “Mecmus-saqib” kitabında yazır: “Did” kitabında İmam Zamanın adı “Mensur” qeyd edilmişdir.Onların dini inanclarına esasen bu kitab semavi kitablardan sayılır.(Simaye Aftab) “Şakamani” kitabında İmam Zamanın (e) zuhuru zamanı bütün dinlerin birleşib vahid din olacağına işare olunaraq yazılır:”İki dünya aleminin seyyidi “Keşn”in (Hindu kitablarında İslam peyğmberinin(s) adı ) övladlarından biri dünyaya hakim olacaq ,Şerq ve Qerb dağlarına ferman verecek ,buludlara süvar olacaq,melekler onun emrinde duracaq ve cinler,insanlar onun xidmetinde hazır olacaqlar.Allahın dini vahid din olacaq,O Allahı tanıyacaq ve adı Ayağa qalxmış (Muselmanlar O hezrete Qaim deyirler) olacaqdır.(Edyan ve Mehdeviyyet) Hinduların semavi kitablarından sayılan “Dasek”adlı kitabda oxuyuruq:”Dünya, insanların,meleklerin ,perilerin edaletli padşahının hökümdarlığı altında sona yetecek ve haqq ,edalet onunla olacaqdır.Yerin ,dağların ,deryaların xezinelerini ele keçirecek ve onların sirlerinden xeber verecekdir...” “Vaşnşuk” adlı diger bir kitabda yazılıb:” Sonda dünya Allahı seven,Onun sevimli,seçilmiş bendesinin ixtiyarına keçecekdir”. Hezret Mehdinin (e) dövleti haqqında “Patikl” kitabında oxuyuruq:”Günün ömrü sona yeter,köhnelmiş dünya tezelener.Çün ki.dünya rehberinin (Hez.Mehemmedin(s)) ve onun böyük canişini Peşnin (İmam Eli (e) )övladlarından biri bu yer mülkünün sahibi olacaqdır.Heqiqeten O ,Ramın (Allahın ) xelifesi olaraq hökm verecek ve çoxlu möcüzeler nişan verecekdir.Onun dine penah aparan şexs amanda qalacaqdır...” (Edyan ve mehdeviyyet )
Zerdüşt kitablarında müjde
Zerdüştlerin müqeddes saydıqları “Cemasebname” kitabında yazılmışdır:”Ereb dünyasından ,Haşım övladlarından bir kişi zuhur edecekdir.Uzun qed –qametli,babasının dininde olacaqdır.Böyük bir ordu ile İrana üz tutacaq,yer üzerinde edaleti berpa edecekdir .O zamanda yırtıcı heyvanlar da bir-birileri ile ünsiyyet tapacaqlar.” (Beşarete –Mehdiyyin ) “Zend” adlı kitabda böyük bir zefer haqqında yazılıb:”O zaman Allah terefinden böyük bir zefer olacaq ,ehrimenlerin yer üzerindeki iqtidarları devrilerek sona yetecekdir.Allahın qelebesi,ehrimenlerin nabüd olmasından sonra sama ehli seadete qovuşacaq ve Adem (e) övladları xoşbextlik taxtında eyleşecekdir”.(Beşarete-Mehdiyin) Cemasebname kitabında Zerdüşt terefinden İslam peyğemberi (s) İmam Mehdi ve diger şexslerin riceti (Qiyamet gününden qabaq,Allahın izni ile müeyyen şexslerin dirilib dünyaya qayıtması) haqqında bele neql edilir:” Ereb peyğemberi İlahi canişinlerin sonuncusu olaraq ,Mekke dağları arasında zuhur edecekdir.Öz ümmeti ile birge yemek yeyecek, her şeyden agah olacaq,onun dini bütün dinlerin üstünü ,kitabı ise bütün kitabları batil edecekdir.Eceme hakim olacaq,Mecus ve Pehlevi dinlerine son qoyulacaqdır.Ateşkedeler sönecek,”Pişdadiler”,”Keyaniler”,”Sasaniler” rüzgarı sona yetecekdir.Peyğemberin qız övladlarından biri cahanın güneşi ve zamanın sahibi olacaqdır.Yaxşı ve pis insanlardan bir qismi dirildecekdir...” (Edyan ve Mehdeviyyet ) Bu kitabın ayrı bir bölmesinde oxuyuruq:” Şuşyans”ın( Dünyanın nicat vereni) zuhurundan qabaq dünyada xeyanet,yalan,bedbinlik yayılacaq,insanlar Allahdan üz dönderecek,zülm ,fesad,nadanlıqher yanı bürüyücekdir.Bele exlaqa malik insanlar dünyanı acınacaqlı veziyyete salacaqlar.Bu zaman insanların nicat vereni zuhur edecekdir.( “Dünya onun intizarında “ kitabından) (Dünyanın nicat vereni) Şuşyans dini dünyada yayacaq,kasıbları yosulluqdan nicat verecekdir.İnsanlar Onun hemsöhbeti,hemfikri ve hemkarları olacaqdır.
İncil kitablarında müjde
Dördlük İncil kitablarında “İnsan oğlu”nun gelişi ile elaqedar,intizar haqqında gösterişler verilmişdir.Bu haqda “Matta” incilinde oxuyuruq: “Güman etmediyiniz bir zamanda İnsan oğlu (İmam Zamana işaredir) zuhur edecekdir.Ele ise gelişine hazır olun.(Matta incili,bab:xxıv, aye40-45) “Merqes” İncilinde ise İnsan oğlu haqqında yazılmışdır:”O zaman insan oğlunun qüdret ve ezemetle gelmesinin şahidi lacaqsınız”.(Merqes incili,bab:xıı,aye 27) Bu haqda “Yahunna” incilinde bele qeyd edilmişdir:”Onun gelişinden önce iman getirin.O zaman men sizinle olmayacagam ve dünya rehberinin geldiyi vaxta size heç bir yardımım yetişmeyecekdir.(Yahunna incili,bab:xiv,aye 30) Diger bir ayede bele yazılıb:”Haqq ,Haqq deyirem.Sizin üçün müeyyen edilmiş bir saat var.O zaman insan oğlunun sesini eşden ölüler dirilecekdir... Siz bu işden teccüblenmeyin,biur zaman gelecekdir ki,bütün qebir ehli bu sesi eşidecedir.Doğru emel sahibleri savablarına ,pis emel sahibleri cezalarına çatmaq üçün qebirden çıxardılacaqdır”.(Yahunna incili,bab:xxv,aye27)
Tövrat kitablarında müjde
Tövarat ve ona bağlı kitablarda dünyanı islah eden şexs haqda yazılıb:”Allahın intizarında olanlar yerin varisleri olacaqdır.Fitnekarların dövranı bitecek,saleh emel sahibleri yerin varisleri olacaqdır.(Mezamire-Davud,bab:xxxvıı,aye9) “Hiyuquq nebi” kitabında ise bele qeyd edilib:”Hemişe intizarda ol,onun gelişi gecikmeyecekdir.O butün ümmetleri bir yere yığacaqdır”. “O insanların edaletli hakimi olacaq ,asiman şad olub,yer sevinecekdir.Deryalar telatüme gelecek,sehralar yaşıllaşacaq,meşeler terennüm edcekdir.Çün ki, O ,dünyanı idare etmek üçün gelir”.(Zebur) Zebur kitabının ayrı bölmesinde oxuyuruq: ”Asimanlar onun edaletini elan edecekler.Yonulmuş bütlere perestiş edenler xar olacaqdır”.”Sufniyayi-Nebi” kitabında İmam zaman (e) haqqında bele yazılmışdır:”Allah buyurur:Menim üçün intizar çekin.Meqsedim ümmetleri bir yere toplamaqdır.”(Sufniyai-Nebi,bab:ııı,aye 8-9)
Niyameddin Babazade

Sunday, October 30, 2005

İmamın qeyb dövründe olmasının faydaları

Məhdi (ə)-a aid olan əsas suallardan biri dəbudur ki , İmamın qeyb dövründə olmasının nə kimi faydası var? Başqa sözlə desək, İmamın qeyb dövründə yaşaması bir rəhbər kimi ümumi həyat tərzi deyil , xüsusi yaşayışdır. Belə olduğu halda, onun müqəddəs vücudunun ümumi müsəlmanlar üçün nə kimi xeyri ola bilər və camaat ondan nə kimi istifadələr edə bilər?
Nəzərə almaq lazımdır ki , İmamın qeybdə olması heç də o demək deyildir ki , o Həzrətin vücudu görünməz bir ruha , yaxud görünməz bir dalğaya və bu kimi şeylərə çevrilmişdir. Əksinə , o da təbii həyat sürür , sadəcə olaraq onun ömrü uzundur. O Həzrət camaat arasında , cəmiyyət içərisindədir , müxtəlif yerlərdə yaşayır , lakin namə’lum şəkildə. Namə’lum olmaqla görünməz olmaq arasında isə (yerdən göyə qədər) fərq vardır. [1] İmam Sadiq (əleyhissəlam) buyurardı ki , camaat öz İmamını itirəcək , o , həcc mövsümü zamanı ziyarətə gələrək camaatı görər , camaat isə onu görməz. [2]
GizliGünəş
Qeyd etdiyimiz sualın cavabında xatırlamaq lazımdır ki , bu sual heç də yeni və təkcə müasir dövrümüzə aid bir sual deyil. İslami rəvayətlərdən belə başa düşülür ki , hətta Həzrət Məhdi (əleyhissəlam) anadan olmazdan qabaq da, bu sual irəli sürülmüş və istər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) , istərsə də İmamlar Həzrət Məhdi (əleyhissəlam) və onun uzun sürəcək qeybindən söhbət açdıqda bu sualla üzləşib ona cavab vermişlər. Məsələn:
1) İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) “Şiələr Həzrət Məhdi əleyhissəlamın qeybdə olduğu müddət ərzində ondan istifadə edə biləcəklərmi?” sualının cavabında buyurmuşdur: “Bəli , and olsun məni Peyğəmbər seçmiş Allaha ki , günəş bulud arxasında olarkən insanlar onun nurundan istifadə etdikləri kimi onun qeybdə olduğuna baxmayaraq, şiələr ondan istifadə edəcək , İmamətinin nurundan bəhrələnəcəklər.”[3]
2) İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Allah-taala Həzrət Adəm əleyhissəlamı yaratdığı gündən Qiyamətə qədər yer üzü heç vaxt İlahi hüccətsiz olmamış və olmayacaqdır. İstər zahiri və aşkar hüccət olsun , istərsə də qeybdə və gizlində olan hüccət. Əgər yer üzündə İlahi bir hüccət olmasa , Allaha sitayiş olunmaz.” Rəvayəti söyləyən şəxs İmamdan soruşur ki , camaat qeybdə olan İmamdan necə istifadə edəcək? İmam Sadiq (əleyhissəlam) buyurur: “Günəşdən bulud arxasında olarkən istifadə etdikləri kimi.”[4]
3) Həzrət Məhdi əleyhissəlamın özü də bu məsələ üzərində çox tə’kid etmişdir. O Həzrət İshaq ibn Yə’qubun[5] yazdığı suala cavab verərək buyurmuşdur: “Camaatın məndən istifadə etməsi eynilə bulud arxasında gizlənmiş günəşdən istifadə etmələri kimidir.”[6] Bu bənzətmənin açıqlamasında qeyd etmək lazımdır ki , günəşin işıq verməsi iki növdür. Biri bilavasitə , digəri isə vasitəli yolla işıq vermədir. Günəş bilavasitə işıq verəndə onun şüaları görünür , vasitəli işıqvermədə isə bulud günəşin qarşısını alır və onun nurunu cəzb edərək ətrafa paylayır.
Günəşin canlı aləmin inkişafında misilsiz xidməti onun bilavasitə təbiətə işıq verdiyi vaxta aiddir. Lakin onun istilik vermə , bitkilərin açılması və yetişməsi , həyat üçün lazım olan enerji istehsalı , ağacların bəhrə verməsi , güllərin açılması kimi işlərdə tə’siri bulud arxasında olarkən də özünü göstərir. İmamın qeyb pərdəsi arxasında olarkən mə’nəvi şüasının da bir sıra tə’sirləri vardır ki , tə’lim-tərbiyənin və bilavasitə rəhbərlik etməsinin dayanması onun vücudunun fəlsəfəsini aşkar edir. İndi həmin tə’sirlərdən bir neçəsini qısaca olaraq oxucuların nəzərinə çatdırırıq.
1. Dünyanın döyünən ürəyi
İmamət mövzusuna dair rəvayət olunmuş hədislərə və eləcə də, alimlərin gətirdiyi sübutlara əsasən, İmam dünyanın ürəyidir. Dünya bütün əzəmətilə ona bağlıdır. İmam varlıq aləminin qəlbi , dünyanın mərkəzi və Allahla məxluqat arasında bir vasitədir. Buna görə də, onun açıqda olması ilə qeybdə olmasının heç bir fərqi yoxdur. Lakin o , dünyada olmazsa bütün aləm bir-birinə dəyər. İmam Sadiq əleyhissəlamın dili ilə desək “Əgər yer üzü (bir an) İmamsız qalsa , öz sakinlərini kamına çəkər.”[7] İmam Zeynül-abidin (əleyhissəlam) buyurmuşdur: “Bizə görə Allah-taala asimanı yerə gəlməkdən , yerin lərzəyə gəlib sakinlərini məhv etməkdən saxlamışdır. Bizə görə Allah-taala yağış yağdıraraq öz rəhmətini yayır və yerdə olan ne’mətləri üzə çıxarır. Ancaq yer üzündə bizim nəsildən olan bir şəxs olmasa , yer öz sakinlərini kamına çəkər.”[8]
2. Allah dinini qorumaq
Əmirəl-mö’minin Həzrət Əli (əleyhissəlam) hər vaxt İlahi bir rəhbərin olmasının zərurətini vurğuladığı çıxışlarından birində buyurur: “İlahi , həqiqətən də belədir , yer üzü heç vaxt zühur edəcək və Allahın hüccəti olan bir şəxssiz olmamışdır. İstər həmin şəxs aşkarda olsun , istərsə də qeybdə. Bu , ona g ö rədir ki , açıq-aşkar İlahi sübutlar itib batmasın...” [9]
Zaman keçdikcə şəxsi fikirlərin məzhəbi (dini) məsələlərə qarışması və xəyanətkar əllərin səmavi tə’limlərə tərəf uzadılması nəticəsində bir sıra İlahi qanunlar öz həqiqətini itirir və din bə’zi təhriflərə mə’ruz qalır. Allahın göndərdiyi səmavi dinin həqiqətinin qorunub saxlanılması və təhriflərin qarşısının alınması məqsədilə bu vəzifə (dini qorumaq vəzifəsi) Allah tərəfindən seçilmiş bir İmam vasitəsilə davam etdirilməlidir. Hər hansı bir mühüm müəssisədə həmin idarənin sənədlərini oğrudan , yanğından və bu kimi hadisələrdən qorumaq məqsədilə seyflər qoyulur. İmamın qəlbi və böyük ruhu da səmavi tə’limləri ilk nazil olduğu gün kimi gözləmək məqsədilə İlahi qayda-qanunları qoruyub saxlamaq üçün bir seyfdir.[10] Hafiz ibn Həcər Əsqəlani “Səhihi-Buxari” kitabına yazdığı şərhdə Həzrət Məhdi əleyhissəlamın zühuru zamanı Həzrət İsa əleyhissəlamın göydən enərək onun arxasında namaz qılacağı barədə rəvayət olunmuş hədisləri qeyd etdikdən sonra yazır: “Həzrət İsa əleyhissəlamın dünyanın sonunda və Qiyamətə yaxın vaxtda göydən enərək bu ümmətdən olan bir nəfərin arxasında namaz qılması İslam alimləri arasında tamamilə düzgün olan bu nəzəriyyəni təsdiq edir ki , yer üzü heç vaxt aşkar sübutlarla Allaha görə qiyam edəcək bir hüccətsiz olmamışdır.”[11]
3. Ümid vermək
Döyüş meydanlarında fədakar döyüşçülərin bütün diqqəti düşmən qarşısında öz bayraqlarının dalğalanmasında olur. Bunun əksinə olaraq düşmən ordusunun da yeganə məqsədi onların bayrağını aşağı endirməkdir. Bunun səbəbi də odur ki , bayrağın dalğalanması döyüşçüləri həvəsləndirərək onlara ümid verir və daha artıq sə’y göstərmələrinə səbəb olur. Həmçinin, ordu başçısının da öz yerində olması döyüşçülərdə ruh yüksəkliyi yaradır. Ordu başçısı nə qədər sakit dursa da, yenə döyüşçüləri həvəsləndirir və daha artıq qəhrəmanlıq göstərməyə cəlb edir. Ancaq ordu başçısının öldürülməsi xəbəri yayıldıqda, böyük bir ordu bütün ruhiyyəsini itirir , hazırlığını əldən verərək başsız qalır. Nə qədər ki, bir ordu , yaxud bir cəmiyyətin başçısı sağdır , bu onların ruhiyyəsinin artmasına səbəb olur. Hətta başçı səfərdə , yaxud ölüm yatağında olsa belə, yenə də ordu , ya cəmiyyətin fəaliyyətdə olmasına gətirib çıxarır. Lakin onun ölüm xəbəri bütün ordunu , cəmiyyəti ruhiyyədən salır. Şiə məzhəbi sağ qalmış İmama olan əqidəsinə görə onu öz aralarında görməsə də, özünü başçısız hiss etmir. Təbii ki , bu əqidə qəlblərdə ümid işığını saxlamaqda və camaatı özlərinə yetişib böyük bir ümumdünya qiyamına hazırlaşmaqda öz tə’sirini göstərir. Fransanın Sarbon universitetində fəlsəfə dərsi deyən görkəmli fransız şərqşünası, professor Hanri Kerben deyir: “Mənim fikrimcə şiə məzhəbi Allahla bəndələr arasında əlaqəni həmişə qoruyub saxlamış və İmamətə əbədiyyət qazandırmış yeganə məzhəbdir. Yəhudilər Allahla insanlar arasında əsl vasitə olan nübüvvəti (peyğəmbərliyi) Həzrət Musa əleyhissəlamla qırılmış hesab edərək ondan sonra gəlmiş Həzrət İsa (əleyhissəlam) və Həzrət Məhəmmədi (səlləllahu əleyhi və alihi və səlləm) Peyğəmbər kimi qəbul etməmişlər. Eləcə də, məsihilər. (Onlar da bu vasitəni Həzrət İsa əleyhissəlamla sona çatmış bilirlər.) Müsəlmanların sünni məzhəbi də, Həzrət Məhəmməddən (səlləllahu əleyhi və alihi və səlləm) o tərəfə getməmiş və nübüvvətin Məhəmmədlə (səlləllahu əleyhi və alihi və səlləm) sona çatdığından sonra Allahla məxluqat arasında heç bir vasitə olduğuna inanmamışdır. Lakin şiə məzhəbi Həzrət Məhəmmədlə (səlləllahu əleyhi və alihi və səlləm) nübüvvətin başa çatması əqidəsində olsa da, təkamül və hidayət vasitəsi olan “İmamət”i həmişə qoruyub saxlayan yeganə məzhəbdir.”[12]
[1] Məhdi(əleyhissəlam) – böyük bir inqilab, səh.250.
[2] Üsuli-kafi,c.1, səh.338.
[3] Biharül-ənvar,c.52, səh.93 , c.36. səh.250.
[4] Biharül-ənvar,c.52, səh.92.
[5] Məktubuİshaqa Məhəmməd ibn Osman təhvil vermişdir.
[6] Əl-Qeybət,səh.177.
[7] Üsuli-kafi,c.1, səh.179.
[8] Əmaliyi-Səduq,səh.112.
[9] Şərhi-Nəhcül-bəlağə(İbn Əbil-Hədid), c.18, səh.347.
[10] Məhdi(əleyhissəlam) – böyük bir inqilab.
[11] Fəthəl-bari bişərhi-Səhihi-Buxari, c.6, səh.494.
[12] “Şiə məktəbi” jurnalının 2-ci nömrəsi. Tehran çapı 1960-cı il. səh.20. (Əllamə Təbatəbainin professor Hanri Kerbenlə

Həzrət Məhdi əleyhissəlamın qeybə çəkilməsinin siyasi-ictimai səbəbləri

İmamların camaatı düz yola y ö nəltməkdə məqsədləri, onları kamalın son həddinə çatdırmaq olmasında şübhə yoxdur. Bu isə o vaxt həyata keçər ki , camaat bu y ö nəltmədən istifadə etməyi bacarsın. Əgər camaatda belə bir hazırlıq olmasa , onda Allah tərəfindən tə’yin edlilmiş rəhbərin camaat arasında olmasının heç bir xeyri olmayacaq. Təəssüflər olsun ki , İmamların , xüsusən də, İmam Cavad əleyhissəlamdan sonrakı İmamların d ö vründəki təzyiqlər və son dərəcə məhdudiyyətlər g ö stərir ki , cəmiyyətin İmamların rəhbərliyindən istədikləri kimi istifadə etməsi üçün lazımi şərait olmamışdır. (Belə ki , bu təzyiqlər nəticəsində on birinci və on ikinci İmamın fəaliyyəti ən aşağı səviyyəyə çatmışdı.) Bu g ö stərir ki , İmamların cəmiyyətdə rəhbərlik və hidayətindən istifadə etmək üçün əlverişli şarait yox idi. Buna g ö rə də, cəmiyyət lazımi hazırlığı tapana qədər Allah-taala on ikinci İmamın qeybə çəkilməsini məsləhət bilmişdir. (Bu barədə irəlidə s ö hbət edəcəyik.) Əlbəttə on ikinci İmamın qeybə çəkilməsinin bütün sirləri bizə mə’lum deyil , ancaq dediyimiz amil o Həzrətin qeybə çəkilməsinin əsas səbəbi ola bilər. İslami rəvayətlərdə on ikinci İmamın qeybə çəkilməsinin səbəbləri sahəsində üç məsələ əsas g ö türülür:
1. İnsanları sınama
Bildiyimiz kimi Allahın sabit adət-ən’ənələrindən biri də, bəndələri imtahana çəkib pak və təmiz insanları seçməkdir. Həyat daima imtahan və sınaq səhnəsi olmuş , bəndələr bu yolla ö z iman və səbrləri sayəsində və ö zlərini Allahın əmrlərinə təslim etmək nəticəsində tərbiyə olunaraq kamala yetişməli və onların gizli iste’dadları çiçəklənməlidir. Həzrət Məhdi (əleyhissəlam) qeybdə olduğu müddətdə insanlar sınağa çəkilir. İman və əqidəsi m ö hkəm olmayan şəxslərin iç üzü aşkar olaraq şəkkə düçar olur , lakin iman və əqidəsi qanına işləmiş şəxslər o Həzrətin zühurunu g ö zləmək və çətinliklərə sinə gərmək nəticəsində əqidələri daha da m ö hkəmlənir və Allahın daha b ö yük mükafatlarına layiq g ö rülürlər.
İmam Museyi-Kazim (əleyhissəlam) buyurmuşdur: “Beşinci oğlum qeybə çəkildikdə dininizi qoruyun , muğayat olun kimsə sizi yolunuzdan çıxarmasın. O , istər-istəməz (məcburiyyət qarşısında) qeybə çəkiləcək. Onda bə’zi m ö ’minlər ö z əqidələrindən d ö nəcəklər. Allah-taala onu qeybə çəkməklə ö z bəndələrini sınağa çəkir...” [1]
İslam rəhbərlərinin s ö zlərindən belə başa düşülür ki , Allahın İmam Məhdi əleyhissəlamı qeybə çəkməklə bəndələri sınağa çəkməsi Allahın ən çətin sınaqlarından biridir. [2] Bu çətinlik isə iki cəhətə g ö rədir:
1) Qeyb d ö vrünün ö zünə g ö rə , yə’ni , qeyb d ö vrü həddən artıq uzun çəkəcəyindən insanların çoxu buna şəkk edəcək. Bə’ziləri ümumiyyətlə, İmam Məhdi əleyhissəlamın doğulmasında (dünyaya gəlməsində) , bə’ziləri isə o Həzrətin ö mrünün uzanmasında şəkk edəcək. O Həzrətin İmamətinə sınaqdan çıxmış və əqidəsi m ö hkəm olan şəxslərdən başqa heç kəs inanmayacaq. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurduğu geniş bir hədisdə s ö yləmişdir: “Məhdi (əleyhissəlam) şiə və ardıcıllarının g ö zündən itəcək , Allah-taala qəlblərini iman üçün ləyaqətli etmiş şəxslərdən başqa heç kəs onun İmamətinə olan əqidəsini qoruyub saxlaya bilməyəcək.” [3]
2) İmam Məhdi əleyhissəlamın qeybdə olduğu müddət ərzində adamların dəyişilməsinə səbəb olan, baş vermiş və verəcək çətinliklər , təzyiqlər və g ö zlənilməz hadisələrə g ö rə; Yə’ni , inam və əqidəni qorumaq , dində sabit qalmaq çətin bir işə çevriləcək və insanların imanı bir sıra çətinliklərlə, təhlükələrlə üzləşəcək. [4]
2. İmamın canını qorumaq
Allah-taala on ikinci İmamı qeybə çəkməklə onu ö lümdən qurtarmışdır. Çünki əgər o Həzrət ö mrünün ilk günlərindən camaatın arasında olsaydı, onu mütləq ö ldürəcəkdilər. Deməli , o Həzrət münasib vaxtdan qabaq da zühur etsə , yenə həyatı təhlükədə olar , nəticədə ö z İlahi vəzifələrini yerinə yetirməyə , cəmiyyəti islah etmək sahəsindəki ali məqsədlərini icra etməyə nail olmaz. İmam Sadiq əleyhissəlamın səhabələrindən olmuş Zürarə deyir: İmam Sadiq (əleyhissəlam) buyurdu: “G ö zlənilən İmam qiyam etməzdən qabaq bir müddət g ö zlərdən itəcək.” Soruşdum ki , nəyə g ö rə? Buyurdu: “Çünki canı təhlükədə olacaq. [5]
3. Zəmanə zalımları ilə bey’ət etmək zülmündən qurtarmaq
On ikinci İmam heç bir rejimi , hətta təqiyyə[6] üzündən də olsa belə, rəsmi tanımamış və tanımır. O , heç bir hakimin h ö kumətini qəbul etmək məcburiyyətində olmayıb və olmayacaq. O , ö z vəzifəsinə uyğun olaraq rəftar edir , Allahın dinini mükəmməl şəkildə , çəkinmədən və heç bir bəhanəni qəbul etmədən icra edir. Belə olduqda isə kiminləsə bey’ət etməyə lüzum qalmır. Həsən ibn Fəzzal deyir: “İmam Riza (əleyhissəlam) buyurdu: “Sanki üçüncü oğlumun (İmam Həsən Əskəri əleyhissəlamın) ö lümündən sonra ö z İmamını axtaran , lakin onu tapa bilməyən şiələrimi g ö rürəm.” Mən dedim: “Nə üçün o , g ö zlərdən itəcək?” İmam cavab verdi: “Ona g ö rə ki , əlində qılınc qiyam edəcəyi zaman heç kəsə tabe olmasın.”[7]
[1] Əl-Qeybət, səh. 204.
[2] Əl-Qeybət,səh. 203–207.
[3] Müntəxəbül-asar,səh.101, hədis 4.
[4] Əmin-amanlıq müjdəsi, səh.177–178.
[5] Üsuli-kafi, c.1, səh.337.
[6] Təqiyyə hər hansı bir şəxsin (millətin) qəbul etmədiyi rejimin , məzhəbin qayda-qanunlarına zahirdə əməl etməsinə deyilir. Məsələn, şiə olan bir şəxs sünnilər içərisinə düşdükdə əgər şiə qayda-qanunlarını yerinə yetirmək mümkün olmasa , sünni məzhəbinin qayda-qanunlarına əməl edə bilər.
[7] Kəmalüddin, səh.480.

Kiçik ve böyük qeyb dövrü

(İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin birinci və ikinci mərhələləri)
İmam Məhdi əleyhissəlamın qeyb d ö vrü iki hissəyə b ö lünür: Kiçik qeyb d ö vrü və b ö yük qeyb d ö vrü.
Kiçik qeyb d ö vrü

Kiçik qeyb d ö vrü (qısamüddətli qeyb) hicrətin iki yüz altımışıncı ilindən (İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən) başlayaraq üç yüz iyirmi doqquzuncu ilinə qədər (d ö rdüncü xüsusi naibin vəfatına qədər) davam etmişdir. Bu müddət təxminən altımış doqquz il çəkmişdir.[1] Kiçik qeyb d ö vründə şiələrin əlaqəsi İmamla tamamilə kəsilməmiş , onlar xüsusi şəkildə və çox məhdud şəkildə İmamla əlaqə saxlayırdılar. Bu müddət ərzində müəyyən şəxslər o Həzrətin xüsusi vəkili olmuş , şiələr də onların vasitəsilə ö z məsələ və müşkülatını İmamın hüzuruna çatdırıb cavab alırdılar. Bə’zi vaxtlar İmamla g ö rüşə də bilirdilər. Buna g ö rə deyə bilərik ki , İmam Məhdi (əleyhissəlam) bu müddət ərzində həm qeybdə , həm də aşkarda olmuşdur. (Əlbəttə əgər belə demək mümkünsə).
Kiçik qeyb d ö vrünü şiələri b ö yük qeyb d ö vrünə hazırlamaq mərhələsi adlandırmaq olar. Çünki sonrakı mərhələdə şiələrin İmamla əvvəldə olan azacıq əlaqələri də kəsilir , şiələr ö z məsələlərində o Həzrətin ümumi vəkillərinə , yə’ni , müctehidlik səlahiyyəti olan və İslam h ö kmlərinə dərindən bələd olan alimlərə müraciət etməli olurlar. B ö yük qeyb d ö vrü birdən-birə başlasaydı, fikirlərin çaşqınlığına səbəb olar və zehinlər onu qəbul edə bilməzdi. Ancaq əvvəlki İmamların qeyb d ö vrünə zəmin yaratmaları üçün ağıllı tədbirlərindən əlavə kiçik qeyb d ö vrünün ö zü də, yavaş-yavaş zehinləri hazırlayır və bunun ardınca da b ö yük qeyb d ö vrü başlayır. Həmçinin, kiçik qeyb d ö vründə xüsusi vəkillərin o Həzrətlə əlaqədə olması və eləcə də, bə’zi şiələrin bu müddət ərzində o Həzrəti g ö rməyə nail olması, İmam Məhdi əleyhissəlamın doğulmasını və hal-hazırda da yaşaması məsələsini daha da təsdiqlədi.[2]
B ö yük qeyb d ö vrü
İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin birinci mərhələsi başa çatdıqdan sonra uzunmüddətli və b ö yük qeyb d ö vrü başlamış , bu mərhələ indiyədək davam edir və bundan sonra da, Allah-taala o Həzrətə qiyam etmək üçün zühur – üzə çıxma icazəsi verənə qədər davam edəcək. On ikinci İmamın qeybə çəkilməsinin hər iki mərhələsi ondan əvvəlki İmamlar tərəfindən qabaqcadan xəbər verilmiş və elə həmin d ö vrdən də ravi və hədisyazarlar tərəfindən ö yrənilərək hədis kitablarında qeyd edilmişdir. İndi isə nümunə üçün bir neçə hədisə nəzər yetirək:
1) Əmirəl-m ö ’minin Həzrət Əli (əleyhissəlam) buyurmuşdur: “Bizim qeybə çəkiləcək (İmamımızın) iki qeyb d ö vrü olacaq. Onlardan biri digərindən daha çox olacaq. Onun qeybdə olduğu müddət ərzində onun İmamətinə yalnız imanı m ö hkəm və mə’rifəti kamil olan şəxslər inanacaq.” [3]
2) İmam Baqir (əleyhissəlam) buyurmuşdur: “Qeybə çəkiləcək (İmamın) iki qeyb d ö vrü olacaq. Bu iki d ö vrün birində deyəcəklər ki , o ö lüb...” [4]
3) Əbu Bəsir deyir: İmam Sadiq əleyhissəlama dedim: “İmam Baqir (əleyhissəlam) buyurmuşdur ki , Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) nəslinin (qeybə çəkildikdən sonra) qiyam edəcəyi şəxsin iki qeyb d ö vrü olacaq ki , bunlardan da biri digərindən daha (çox) uzun sürəcək. İmam Sadiq (əleyhissəlam) buyurdu ki , bəli , belədir...” [5]
4) İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Qiyam edəcək İmamın iki qeyb d ö vrü olacaq: Biri qısamüddətli , digəri isə uzunmüddətli...” [6]
Tarix qabaqcadan deyilmiş bu xəbərləri təsdiqlədi və əvvəlki İmamların buyurduğu kimi İmam Məhdi (əleyhissəlam) barədə deyilmiş hər iki qeyb d ö vrü həqiqətə çevrildi.
Böyük qeyb d ö vrü ndə kimlərə müraciət etməli
D ö rdüncü naibin ö lməsi ilə İmam Məhdi əleyhissəlamın b ö yük qeyb d ö vrü başlayır. Bu d ö vrdə müctehidlik səlahiyyətinə malik olan alimlər İmamın ümumi nümayəndələri hesab olunur. Xüsusi nümayəndə odur ki , İmam Məhdi (əleyhissəlam) ö zü müəyyən bir şəxsi nümayəndə tə’yin edir , ümumi nümayəndə is ə İmam nümayəndə üçün lazım olan ümumi şəraiti deyir və bütün d ö vrlər boyu həmin şəraitə malik olan şəxslər (alimlər) də, İmamın nümayəndəsi olaraq şiələrin dini və dünyəvi işlərdə müraciət obyektinə çevrilir. Mə’sum İmamlar , xüsusən də, İmam Məhdi əleyhissəlamın ö zü bir çox rəvayətlərdə bu şəraiti müəyyənləşdirmiş və müsəlmanları b ö yük qeyb d ö vründə həmin şəraitə malik olan alimlərə müraciət edərək onlara tabe olmağı əmr etmişdir. İndi həmin rəvayətlərdən ikisini oxucuların nəzərinə çatdırırıq:
1) ö mər ibn Hənzələ deyir: “İmam Sadiq əleyhissəlamdan soruşdum ki , əgər iki nəfər şiənin borc , yaxud irs məsələsində mübahisələri olsa, bu məsələni aydınlaşdırmaq üçün d ö vlət qazısına müraciət edə bilərlərmi? İmam buyurdu: “Haqla batili ayırd etmək üçün onlara (d ö vlət qazılarına) müraciət edən şəxs həqiqətdə zalıma müraciət etmiş olur. Onun h ö kmü ilə əlinə gələn bütün şeylər hətta onun ö z haqqı da olsa belə, haramdır. Çünki onu zalımın h ö kmü ilə ələ gətirmişdir. Halbuki , Allah-taala zalıma müraciət etməyi qadağan edərək buyurmuşdur:
يُرِيدُونَ أَن يَتَحَاكَمُواْ إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُواْ أَن يَكْفُرُواْ بِهِ
“Onlar zalım məhkəməsinə müraciət etmək istəyirlər. Halbuki, onlara zalıma müraciət etməmələri əmr olunmuşdur.” [7] Soruşdum ki , bəs onda nə etsinlər? İmam buyurdu: “Fikir verməlidilər ki , bizim rəvayətlərimizi kim s ö yləmişsə , halal-haramımıza nəzər salıb h ö kmləri tanımışsa , onu hakim tə’yin etməlidirlər. Çünki mən onu sizin üçün hakim tə’yin etmişəm. Əgər o , bizim buyurduğumuza əsasən h ö km versə , lakin kimsə onun h ö kmünü qəbul etməsə , Allahın h ö kmünü yüngül tutmuş və bizi inkar etmişdir. Bizi inkar edən isə Allahı inkar etmişdir. Bu isə eynilə Allaha şərik qoşmağa bənzər...” [8]
İmam Sadiq əleyhissəlamın bu əmri ümumi bir əmr olub bütün müctehidlik səlahiyytinə malik olan alimlərə şamil olur. Əgər İmam Sadiq (əleyhissəlam) kiçik bir məsələdə mübahisə yaranarkən onun həllində zalım hakimə müraciət etməyə razı deyilsə , şübhəsiz ki , müsəlmanların digər işlərinə də zalımların nəzarət etməsinə razı olmaz. Buna g ö rə də, o Həzrət bu kimi işləri ədalətli şiə müctehidlərinin ö hdəsinə buraxmışdır.
2) İshaq ibn Yə’qub deyir: “(İkinci nümayəndə) Məhəmməd ibn Osmandan məktubumu İmam Məhdi əleyhissəlama çatdırmasını istədim. Məktubda qarşılaşdığım çətin məsələləri yazmışdım. İmam məktuba ö z xətti ilə cavab yazmışdı. Yazdığım məsələlərdən biri də bu idi ki , (b ö yük) qeyb d ö vründə mübahisəli məsələlərdə kimə müraciət edək? İmam sualımın cavabında belə yazmışdı: “Qarşılaşdığınız məsələlərdə bizim hədisləri s ö yləyənlərə müraciət edin. Onlar mənim sizə olan hüccətim , mən isə Allahın (sizə olan) hüccətiyəm.” [9]
[1] Mərhum Şeyx Müfid on ikinci İmamın kiçik qeyb dövrünü o Həzrətin anadan olduğu ildən , yə’ni 255-ci ildən hesab edir. (Əl-İrşad, səh.346.)
[2] Əl-Məhdi,səh.183.
[3] Yənabiül-məvəddə,c.3, səh.82.
[4] Əl-Qeybət,səh.173.
[5] Əl-Qeybət,səh.173.
[6] Əl-Qeybət,səh.170.
[7] “Nisa”surəsi, ayə 60.
[8] Üsusli-kafi,c.1, səh.67.
[9] Əl-Qeybət,səh.177.

Thursday, October 20, 2005

İmam Mehdi

Ana sehife
Thursday, October 06, 2005

İMАM MEHDİ ELЕYHİSSELАMIN HEYАTI

Bağışlayan ve mehriban Allahın adı ileОn ikinci me’sum İmаm Hezret Mehdi ibn Hesen Eskeri (elеyhisselаm) hicretin iki yüz elli bеşinci ili şe’bаn аyının оn bеşinde Sаmirrа şeherinde аnаdаn оlmuşdur. (el-İrşаd, seh.346)Оnun аdı İslаm Pеyğemberinin аdındаn, ye’ni, MEHEMMED, künyesi de Pеyğemberin künyesindendir, ye’ni, ebülqаsimdir.( el-İrşаd, seh.346) Me’sum İmаmlаr оnun esl аdının çekilmesini qаdаğаn еtmişler. Оnun leqeblerinden Hüccet, Qаim, Хelefisаlеh, Sаhib Ez-zаmаn ve Beqiyyetullаhı qеyd еtmek оlаr. en meşhur leqebi ise Mehdidir. Аtаsı оn birinci İmаm Hezret Hesen eskeri (elеyhisselаm), аnаsı ise çох hörmetli Nercis (Nergiz) хаnım оlmuşdur. Аnаsı, Rеyhаne, Süsen ve Seqil аdlаrı ile de tаnınmışdır. Nercis хаnımın fezilet ve me’neviyyаtı о derecede çох оlmuşdur ki, özü İmаmet аilesinin feziletli qаdınlаrındаn biri оlаn İmаm Eliyyen-Neqi elеyhisslаmın bаcısı Hekime хаnım оnu (Nercisi) öz neslinin en feziletli хаnımı, özünü ise оnun хаdimesi аdlаndırmışdır.Hezret Mehdi (elеyhisselаm) iki defe qеybe çekilmişdir. Bunlаrdаn biri qısаmüddetli (kiçik qеyb dövrü), digeri ise uzunmüddetli (böyük qеyb dövrü) оlmuşdur. Kiçik qеyb dövrü о Hezretin аnаdаn оlduğu günden хüsusi nаiblerin nаiblik dövrünün sоnunа qeder dаvаm еtmiş, böyük qеyb dövrü ise birinci merhelenin (ye’ni, kiçik qеyb dövrünün) qurtаrmаsı ile bаşlаmış ve о Hezret zühur еdene qeder dаvаm еdecekdir.
Sünni аlimlerinin nezerinde Hezret Mehdi elеyhisselаmın tevellüdüHezret Mehdi elеyhisselаmа inаnmаq tekce şie mezhebine хаs оlаn bir mesele dеyil. Pеyğemberden (sellellаhu elеyhi ve аlih) yеtişmiş hedislere esаslаnаrаq sünni mezhebi de bu meseleye inаnır. Lаkin şielerden ferqli оlаrаq оnlаr dеyirler ki, İslаm pеyğemberinin (sellellаhu elеyhi ve аlih) hemin şeхsin qеybe çekildikden sоnrа zühur еdeceyi bаrede me’lumаt vеrdiyi Mehdi hele dünyаyа gelmemiş ve yаlnız bundаn sоnrа dünyаyа gelecekdir. Bunа bахmаyаrаq sünni mezhebinin bir çох tаriхçi ve hedisyаzаrlаrı о Hezretin tevellüdünü öz kitаblаrındа qеyd еderek оnu bir heqiqet kimi qebul еtmişler. Tedqiqаtçılаrdаn be’zileri оnlаrın yüzden çохunun аdını qеyd еtmişdir.
Hezret Mehdinin leqebleriİmam Zamanın (e) 300-e yaxın leqebi qeyd edilmişdir.Bele ki her bir leqeb O hezretin exlaqi-menevi seciyyelerini eks etdirir.Bu yazımızda bir neçe leqebi diqqetinize çatdırırıq:MehdiİmamZamanın(e) en mehşur leqeblerinden biri “Mehdi”dir.İmam Baqir (e) bu leqeb haqqında buyurur:”O hezretin Mehdi adlandırılmasına sebeb ,Xalqı, onlara gizli qalan delliler esasında hidayet etmesidir.O, “Tövrat” ve diger peyğemberlere nazıl olan kitabları gizli mekandan üzü çıxardacaqdır”.(Biharul envar.c 51.seh 29)Bu haqda imam Sadiq (e) buyurur:"Zamanın sahibinin Mehdi adlandırılmasına sebeb,xalqı azğınlıqdan düzlüye hidayet etmesidir". (Biharul envar.c 51.seh 29)QaimHezret Mehdinin diger leqeblerinden biri Qaimdir.İmam Rza bu leqeb haqqında buyurur:”Hezret Sahibul Emrin “Qaim” adlandırılmasınin sebebi ,xalq üçün qiyam edib ayağa qalxmasıdır”.Şeyx Seduq “Kemaluddin” kitabında Seqr ibn Delfin bele buyurduğunu deyir: "Bir gün imam Mehemmed Teqiden(e) soruşdum: Ey Resulallahın övladı! Hesen Esgerinin (e) oğlu niye Qaim adlandırılmışdır? O hezret cavabında buyurdu: Çünki, O,esl imamet yaddan çıxdıqda,camaatın ekseriyyeti dinden üz dönderdiyi bir zamnda qiyam edib xalqı hidayet edecekdir”.(Kemaluddin.seh37)Müntezerİmam Cavad (e) Sahib Zamanın(e) Müntezir adlandırılması haqqında buyurur:"İmam Mehdinin(e) Munetzir adlandırılması , O hezretin uzun müddet erzinde qeybde olmasi ile elaqedardır.Bu zaman, onun terefdarları intizarını çekecek, bezileri de terdid edederek onu inkar edecekler.(İmam Mehdi viladetden zuhura qeder.seh.60)O hezretin Müntezir adlandırılmasının diger sebebi hemişe intizar halında olub,Allahın zuhur üçün izn vermesini gözlemek olmuşdur.O, gelişi ile yer üzerinde olan zülm ve sitemlere son qoyacaqdır.HücetullahBezi dua ve revayetlerde esrin imamı “Hucetullah” adlandırılmışdır.Bu leqeb haqqında müxtelif nezerler ireli sürülmüşdür. Bezilerinin fikrince, Allah taala O hezretin vasiteçiliyi ile höccetini xalqa çatdıracaq ve onların bütün sual ve şübhelerine cavab verecekdir.Bele ki, haqq işden boyun qaçırtmaq heç bir kes üçün mümkün omayacaqdır.Digerleri ise İmam Zamanın Hücetullah adlandırılmasının sebebini , ilahi hökümetin O hezretin eli ile butun mexluqata çatdırılmasını bilmişler.(Nisa:59)Sahibul-Emr (emr sahibi)İmam Zamanı (e) "Sahibul-emr" de adlandırmışlar.Çünki, O hezretin emr ve gösterişlerine emel etmek bütün insanlara vacib edilmişdir.Nece ki, Qurani-kerimde Allah taala buyurur: “Ey iman getirenler!Allah, Peyğember ve emr sahiblerinden itaet edin”.(Nisa:59) Bir çox revayetlerde Ulul emrin mesum imamlar olduğu qeyd edilmişdir ki,onların birncisi Hezret Eli(e) , sonuncusu ise Höccet ibn Hesenil Esgeridir(e)Saleh Xelefİmam Mehdinin (e) diger leqeblerinden biri de "Saleh Xelef"dir.Bu ad en çox mesum imamların kelamında göze çarpır.İmam Sadiq (e) buyurur: "Saleh Xelef" menim övladlarımdandır.Ümmetin nicat vereni Odur.Adı Mehemmed, küniyyesi Əbul Qasimmdir.O, müeyyen edilmiş zamanda zuhur edecekdir”."Xelef " canişin menasındadır.Hezret Mehdinin “Xelef” adlandırılmaslna sebeb bütün peyğemberlerin (e) haqq canişini olması ve onların bütün elmi-exlaqi deyerlerini özünde eks etmesi ile elaqedardır.Hezret Fatimenin (s) hedisinde bu haqda yazılır: “İmam Esgeriden sonra oğlu ve xelefi imamaet silsilesinin kamil edecekdir.O şexs ki,insanlar üçün Allahın rehmetidir.Onda bütün peyğemberlerin exlaqi-elmi seciyyeleri cem olmuşdur.”(Necmus- Saqib .seh71)Beqiyyetullahİmam Zamanın (e) adları arasında "Beqiyyetullah" leqebi muhüm yer tutur.Bu leqeb haqında müxtelif nezerler ireli sürülmüşdür.Bele ki, bezileri bu leqebin umumi mena daşıdığını ve O hezretin bütün ali xusüsiyyetlerini özünde beyan etdiyini vurğulayır.Çünki, hezret Mehdi(e) ele bir şexsin yadigarıdır ki, bütün melekler önünde secde etmiş ve bütün mexluqlar qarşısında teslim olmuşlar.Bezileri ise o hezretin bele adlandırılma sebebini ,zuhur etdiyi zamanda Kebeye söykenib “Eger mömin olsanız “beqiyyetullah” sizin üçün her şeyden yaxşıdır”(Hud.86) ayesini oxuyacaq ve bu vaxt “Menem Beqiyyetullah!Men Allahın sizin üçün nezerde tutduğu höcceti ve xelifesiyem." deyib insanları ondan itaet etmeye devet edecekdir.İmamın bu çıxışından sonra ona salam verenler “Beqiyyetullah” ifadesinden istifade ederek deyecekler: “Essalamu eleyke ya Beqiyyetulahi fil erzi” (Mutehul ammal.c2.seh286)MünteqimAllahın resulu(s)hezret Mehdinin(e)Münteqim adlandırılması haqqında buyurur: “Övladım Mehdinin xusüsiyyetlerinden biri de Zalim şexslerden mezlumların qisasını almaqdır.” İmam Zaman(e) Ehmed ibn İshaqa gönderdiyi mektubda yazır: “Men ,Allahın düşmenlerinden qisas alacağam”(Necmus-Saqib.seh106)VarisBezi dua ve revayetlerde hezret Mehdi (e) Varis ünvanı ile yad edilmişdir.Resuli-Ekrem “Qediriyye” xütbesinde buyurur: “O hezret (imam Zaman (e))elm,exlaq, fezilet baxımdan bütün enbiyaların varisi olacaqdır".MoudMoud leqebi imam Zamanın(e) dillerde ezber olan adlarından sayılır.İmam Seccad (e) “Ve ma tuaadun” ayesinin tefsirinde bu leqeb haqqında buyurur: "Bu ayede meqsed ,bütün din ve ümmetlere vede verilmiş İmam Zamanın gelişidir”.Nece ki, hezret Mehdinin(e) ziyaretmesinde oxuyuruq: "Allahın onun vasitesi ile yer üzerinde edalet ve beraberliyi icra edeceyini ved eden Mehdiyye salam olsun" (Necmus-Saqib, seh120).Xatemul-EvsiyaHezret Mehdinin (e) leqeblerinden biri "Xatemul-evsiya"dır.Çünki O hezret İslam Peyğemberinin sonuncu canişini ve mesum imamların axırıncısıdır.O, zuhuru ile yer üzerinde edalet ve rifahi berpa edecekdir.İmam Hesen Esgerinin (e)xidmetçisi bele neql edir: "Bir gun esrin imamının xidmetinde olduqda O hezret özünün bele teqdim etdi:Men xatemul Evsiyayam.Allah menim vasitemle şilerden bütün fitne ve belaları uzaqlaşdıracaq"(Necmus-Saqib,seh106).DaiiBezi ziyaret kitablarında Hezret Mehdinin Daii leqebine rast gelirik.O hezretin Daii adlandırılmasına sebeb bütün insanları Allaha teref çağıracağı olmuşdur.İmam bu ezemetli yolda o qeder sey gösterecek ki,İslam dini bütün dünyaya yayılacaq ve diger dinler haqq din qarşısında mehv olacaqlar (Necmus-saqib,seh 73-74).Basitİmam Zamanın(e) şexsiyyetini tanıtdran adlardan biri de Basit leqebidir..Basit , nemet ve bereketi genişlendiren şexse deyilir.O hezretin zuhuru zamanı İsma dinin genişlenmesi ile yanaşı adalet ve rifah bütün yer küresini ehate edecekdir.Bele bir zamanda yer,göy gizli xezinelerini üze çıxardacaqdır.QaibQaib(Gözlerden gizli olan) leqebi imam Mehdinin esrler boyu qeybe çekilmesinin felsefesini müeyyen hedde özünde eks etdirir.O hezretin bu leqeble tanımmasına sebeb İslam düşmenleinin imam Hesen Esgerinin(e) evine yürüş edib Resuli-Ekremin sonununcu canişinini qetle yetirmek istedikde, Allah öz höccetini onların şerrinden qoruyaraq müeyyen bir zaman daxilinde gözlerden qeyb etdi.
göndərən: Muntezir şərhlər/şərh yaz 0 nəfər şərh yazıb
Tuesday, October 04, 2005

MESUMLARIN HEZRET MEHDİ (E) İLE BAĞLI SÖYLEDİKLERİ
1) İslam peyğemberi hezret Mehemmed (s) buyurmuşdur:“Bizim ailemizin heqiqi Qaimi qiyam etmedikce qiyamet günü gelmeyecekdir. Bu qiyam Allah-taalanın bu işe icaze verdiyi zaman baş verecekdir. O imama itaet eden nicat tapacaq, onun gösterişlerine emel etmeyenler ise mehv olacaq. Ey Allah bendeleri! Allahı unutmayın! Qarlar üzerinde sürünmeyiniz lazım olsa bele ona teref gedin. Çünki o, Allahın xelifesi ve menim canişinimdir.”2) İmam Eli (e) İmam Hüseyne (e) buyurdu:
“Ey Hüseyn, senin doqquzuncu övladın haqqa göre qiyam eden, dini aşkarlayan ve edaleti yayandır.”İmam Hüseyn (e) buyurur: “Soruşdum ki, ey Emirelmö`minin, bu mütleq baş verecek?Hezret buyurdu: “Mehemmedi (s) peyğemberliye seçen ve onu bütün yaranmışlardan uca tutan Allaha and olsun ki, mütleq olacaq! Amma bu iş saf, xalis ve yeqinli ruha sahib olan iman ehlinden savayı, kimsenin ondan salamat çıxa bilmeyeceyi qeyb ve çaşqınlıq dövründen sonra olacaqdır. Onlar o keslerdir ki, Allah bizim vilayetimizle bağlı onlardan ehd-peyman almış, imanı qelblerine hekk etmiş ve öz terefinden olan ruhla onlara kömek göstermişdir.”3) Hezret Fatime (e):“Allah peyğemberi (s) mene buyurdu: “Ey Fatime, xoş senin halına! Mehdi senin neslindendir.”4) İmam Hesen (e):“Biz Ehli-beytin heç biri mecburiyyet üzünden zamanın tağutuna qarşı şıxa bilmeyecekdir. Lakin Hezret Mehdi bu cür olmayacaq.Meryem oğlu İsa onu arxasında namaz qılacaqdır.Allah onun dünyaya gelişini gizli suretde heyata keçirecek ve heç bir zalıma tabe olmamaq üçün onu qeybe çekecekdir.”5) İmam Hüseyn (e):“On iki hidayet rehberi bizdendir. Onların birincisi Emirelmö`minin Eli ibn Ebutalib (e), sonuncusu ise menim doqquzuncu övladımdır. O, haqq uğrunda baş verecek qiyamın rehberi olacaqdır. Allah taala ölmüş yer üzüne onun vasitesile can verecek ve onun elile haqq dinini bütün dinler üzerinde qelebe çaldıracaqdır. Allah bu işi müşriklerin xoşuna gelmese bele heyata keçirecekdir.”6) İmam Zeynelabidin (e):“Bizim Qaimimiz iki defe qeybe çekilecek ve onların biri o birinden uzun çekecek... Bu qeyb o qeder uzun çekecek ki, vilayete e`tiqadlı olanların çoxu yolunu azacaq. O gün güclü imanı, düzgün dünyagörüşü, qelbinde bizim hökm ve gösterişlerimize şekk ve tereddüdü olmayan ve biz Ehli-beyte tabe olan keslerden başqa heç kim imanında sabit qala bilmeyecek.”7) İmam Baqir (e).Ravi deyir: “İmamdan Tekvir suresinin 15 ve 16-cı ayeleri −Fela uqsimu bil-xünnes, el-cevaril künnes − baresinde soruşdum.Buyurdu: “Bu ayelerde meqsed axırüzzamanda zühur edecek şexsdir. O, bizden olan hemin Mehdidir (e). Onun zühurundan önce qeyb ve çaşqınlıq olacaq. O zaman bir qrup yolunu azar, diger bir qrup ise hidayet olunar. Onu görsen xoş halına! Onu gören her bir kesin xoş halına.”8) İmam Sadiq (e):“Zühur sahibi qeybe çekilecek. Allah bendeleri hemin dövrde teqvalı olmalı ve öz dinlerinden möhkem yapışmalıdırlar.”9) İmam Kazim (e):“Hezret Mehdi didergin, tenha, qerib, qaib, yaxınlarından ayrı ve atasının qanını alacaq şexsdir.”10 İmam Rza (e):“İmam Hesen Esgeriden (e) sonra oğlu Höccetil Qaim imam olacaq. O, qeyb zamanında intizarı çekilen ve zühur zamanında ise itaet edilecek şexsdir. Dünyanın sonuna hetta bir gün qalsa bele, Allah o günü o qeder uzadacaq ki, zühur ederek zülm ve fesadla dolmuş yer üzünü edaletle doldursun.”11) İmam Mehemmed Teqi (e).Ondan İmam Mehdinin ne üçün “Müntezer” adlandırılması barede soruşduqda bele buyurdu: “O, uzunmüddetli qeybe çekilecek. O dövrde xalis iman ehli onun münteziri, şekk edenler münkiri olarlar. İnkar edenler bu işe istehza ile yanaşar, zühur vaxtını te`yin edenlerin sözü inkar olunar, telesenler helak olar, teslim olanlar ise nicat taparlar.”12) İmam Eliyyen Neqi (e):“Sahibiniz ve imamınız sitemkarların diyarından qeybe çekildiyi zaman qurtuluşun intizarında olun.”13) İmam Hesen Esgeri (e):“Oğlum Mehdini inkar edenler o adama benzeyirler ki, bütün peyğemberleri qebul etmiş, amma Mehemmedin (s) peyğemberliyini inkar etmişdir. Allah peyğemberini (s) inkar edenler ise bütün peyğemberleri inkar eden kimidir. Ona göre de bizim sonuncumuza itaet evvelincimize itaet, sonuncumuzu inkar evvelincimizi inkar kimidir.”

Wednesday, October 12, 2005

HEZRET MEHDİNİN (E) ZUHURUNA ETİQADIN SUBUTU


Əsrin imamı (e) hezret Mehdinin (e) zühuruna inam bütün İslam mezheblerinin qeti eqidelerindendir. Bu eqidenin esasını Hezret Peyğemberden (s) neql olunmuş mütevatir (yeterli sayda mö`teber) hedisler teşkil edir. Bu hedislerde bildirilir ki, dünyanın sonunda qiyamet qopmamışdan qabaq Peyğember (s) ailesinden adı Hezretin adı, leqebi Mehdi olan bir şexs qiyam qaldıracaq ve İslam qanunları esasında qurulacaq edaletli hökumet bütün yer üzüne hakim olacaqdır. Araşdırmalara göre Mehdinin zühurunu tesdiq eden hedisler 60 sünni, 90-dan çox şie menbesinde neql olunmuşdur. Bu mesele böyük ehemiyyete malik olduğundan bu mövzuda xeyli müsteqil kitablar yazılmışdır. Bu mövzuda yazılmış ilk kitab hicri 275-ci ilde dünyasını deyişmiş Mehemmed ibn İshaq ibn İbrahim Kufiye mexsusdur. Onun kitabı “Sahibez-zaman” adlanır.
Hezret Mehdiye (e) aid hedisler o qeder mö`teberdir ki, hetta ibn Teymiyye ve onun ardıcılları da bu hedisleri neql edir ve bu işde Əhmedin “Müsned”ine, Tirmizinin “Sehihine”, Əbu Davuda istinad edirler.
Esrin imamının varlığının delilleri
1. Bütün dövrlerde me`sum imamın imametinin (rehberliyi) varlığının eqli delilleri: Yer üzünde ilahi höccetin (imamın) varlığı hemişe zeruridir. Me`sum imam bu höccetin yeterli bir nümunesidir. Bu mesele kelam ve eql qaydalarından olan İlahi merhemet anlayışının telebidir. Amma me`sum imamın qeybi ikinci dereceli olub onun mövcudluğu zerureti ile zidd deyil. Müheqqiq Tusi deyir: “Me`sum imamın varlığı ilahi lütfün nümunesidir, onun beşerin işlerine müdaxilesi ise diger bir lütfdür. Uyğun müdaxilenin olmaması beşerin emel ve reftarının neticesidir.”
Yer üzünün heç vaxt ilahi höccetsiz olmaması, bu höccetin be`zen aşkar, be`zen de gizli olması barede Hezret Əli (e) buyurur: “Xudavenda! Bu heqiqeti tesdiq edirik ki, yer üzü heç vaxt höccetsiz olmaz. O, be`zen gizli, be`zen ise aşkardır...”
2. “Seqeleyn” ve “on iki xelife” ünvanlı hedisler qiyamet gününedek bütün dövrlerde me`sum imamın varlığını zeruri hesab edir.
3. Hezret Mehdinin (e) müeyyen zaman ve mekanda doğulduğunu tesdiq eden materiallar mövcuddur. Adeten, insanların doğum ve ölümü bu sayaq tarixi senedlerden belli olur. Əsrin imamının mövludu, önce qeyd etdiyimiz kimi, sünni müheddis ve tarixçiler terefinden tesdiqlenir.
4. İmam Hesen Əsgerinin (e) heyatı dövründe onun evinde Hezret Mehdi (e) ile görüşenlerin verdiyi me`lumatlar.
5. İmam Mehdi (e) iki növ qeybe çekilmişdir. Birinci kiçik qeyb (qeybi-suğra), ikinci qeyb böyük (qeybi-kubra) hesab olunur. Kiçik qeyb dövründe imamla görüşenlerin, xüsusile “dörd vekil”in verdiyi me`lumatlar mövcuddur. Xatırlamalıyıq ki, imamın dörd nümayendesi şie mezhebinin mö`teber, teqvalı şexsiyyetlerinden olmuşlar.
6. Əsrin imamını onun böyük qeybi dövründe görenlerin me`lumatları. Bu me`lumatların çoxluğu onların yalan olma ehtimalı ile uyuşmur. İstenilen bir mesele haqqında müxtelif zaman ve mekanlarda yaşamış çoxsaylı şexsler me`lumat verirlerse, hemin xeberlerin düzgünlüyüne eminlik yaranır.
Əsrin imamı (e) hezret Mehdinin (e) zühuruna inam bütün İslam mezheblerinin qeti eqidelerindendir. Bu eqidenin esasını Hezret Peyğemberden (s) neql olunmuş mütevatir (yeterli sayda mö`teber) hedisler teşkil edir. Bu hedislerde bildirilir ki, dünyanın sonunda qiyamet qopmamışdan qabaq Peyğember (s) ailesinden adı Hezretin adı, leqebi Mehdi olan bir şexs qiyam qaldıracaq ve İslam qanunları esasında qurulacaq edaletli hökumet bütün yer üzüne hakim olacaqdır. Araşdırmalara göre Mehdinin zühurunu tesdiq eden hedisler 60 sünni, 90-dan çox şie menbesinde neql olunmuşdur. Bu mesele böyük ehemiyyete malik olduğundan bu mövzuda xeyli müsteqil kitablar yazılmışdır. Bu mövzuda yazılmış ilk kitab hicri 275-ci ilde dünyasını deyişmiş Mehemmed ibn İshaq ibn İbrahim Kufiye mexsusdur. Onun kitabı “Sahibez-zaman” adlanır.
Hezret Mehdiye (e) aid hedisler o qeder mö`teberdir ki, hetta ibn Teymiyye ve onun ardıcılları da bu hedisleri neql edir ve bu işde Əhmedin “Müsned”ine, Tirmizinin “Sehihine”, Əbu Davuda istinad edirler.
haqqında müxtelif zaman ve mekanlarda yaşamış çoxsaylı şexsler me`lumat verirlerse, hemin xeberlerin düzgünlüyüne eminlik yaranır.
Əli Rebbani Gülpayqani

ZUHURDAN SONRA

İmam Zamanın (əc.) zühurundan sonra baş verəcək hadisələri bəyan edən rəvayətlərə nəzər salarkən bunların şahidi oluruq:
1) Qlobal İslam hakimiyyeti
İmam Baqir (ə) «və qatiluhum hətta la təkunə fitnə və yəkunəddinu kulluhu lillah» (Ən-fal/39) ayəsinin təfsiri barə-sində belə buyurur:
"Bu ayənin təvili (əsil həqiqəti – S. Ü.) hələ gəlməmişdir. Bu, İmam Mehdinin, yerdə qalanlar Allahın izzət və cəlalına pərəstiş edəcəkləri vaxtacan müşrikləri məhv edəcəyi zaman-dır. Həmin zamanda şirkdən heç bir əsər-əlamət qalmayacaq. Bunların hamısı bizim Qaimi-mizin zamanında baş verəcək."
İmam Sadiq (ə) buyurur:
"Həzrət Qaim qiyam edən zaman elə bir şəhər olmayacaq ki, oradan kəlmeyi - şəhadət sədası eşidilməsin."
2). Din hökmlərinin icrası
İmam Kazim (ə) Hədid surəsinin 17-ci ayəsinin ("Ey insanlar, bilin ki, Allah ölmüş yer üzünü yenidən dirildəcək.") təfsirində o həzrə-tin qiyamına işarə edərək buyurur:
«Bu ayədə məqsəd Allahın yer üzünü yağışla diriltməsi deyil. Allah elə insanlar vücuda gətirəcək ki, onların əlilə yer üzündə ədalət və dini ayinləri dirçəltsin."
3). Qur`anın dirçəldilməsi və Qur`an maarifi.
İmam Əli (ə) o həzrətin qiyamına işarə edərək buyurur:
«Əhli-beyt şiələrini görürəm ki, Kufə məscidinə yığışıb xeymələr qurmuş və orada Qur`ani - kərim peyğəmbərə necə nazil olmuşdusa, elə o cür başqalarına öyrədirlər." (Biha-rül ənvar c 52 səh 366)
Əmirəlmö`minin (ə) digər bir xütbəsində İmam Zamanın dünyanı idarə üsulu barəsində buyurur:
«İnsanlar haqqa öz həvayi- nəfslərinə uyğun əməl etdikləri zaman, o, zühur edəcək və nəfsani istəkləri haqqa tabe edəcək." (Nəhcül bəlağə, xütbə 138 s. 190)
İnsanlar Qur`anı öz rəylərinə uyğun təfsir etdikləri zaman o, zühur edəcək və düşüncələri Qur`anla uyğunlaşdıracaq."
4) Ədalətin bərpası və zülmün aradan qaldırılması.
həzrət Rəsul (s) buyurur:
"Həzrət Məhdi (ə) mənim övladlarımdandır. O, qeybə çəkiləcək və nəhayət zühur edərək zülmlə dolmuş yer üzünü ədalətlə dolduracaq." (Yənabiul məvəddət, s. 668)
Bu və digər hədislər sünnü və şiə kitablarında mütavatir həd-dindədir. Onların çoxunda ədalət və qist sözləri bir-birinin yanında gəlmişdir. Bu iki kəlmənin bir-birindən fərqi vardır.
Ədl qistdən daha geniş mə`naya malikdir. Qist ancaq başqa-larının haqqına riayət etməkdir, ədl isə hamının və hər şeyin haqqına riayətdir. Qist yalnız başqaları üçün işlənir, ədl isə insanın özü ilə, Allahı ilə və başqalarıyla rabitəsinə də şamil olur. Qist cövrün ziddinədir, ədl isə zülmün.
5) İslamın çiçəklənməsi.
İmam Sadiq (ə) buyurur:
"O Həzrət qiyam edərkən insan-ları yenidən İslama də`vət edəcək." (Biharül ənvər c, 51 səh. 30)
Peyğəmbərin vəfatından sonrakı dövr, həqiqətən də çox böhranlı bir dövr idi. Xəlifələrin haki-miyyətə gəlməsi, İslam mənbə-lərində, din maarifində səhv təfsirlərin meydana çıxmasına gətirib çıxartdı. Camaat Peyğəm-bərin (s) həqiqi davamçıları olan Əhli-beytdən (ə) uzaqlaşdı, ələl-xüsus uzun müddətli qeyb dövründə vəhyin əsl həqiqətləri müsəlman-lara qaranlıq qaldı.
İmam Sadiq (ə) əvvəlki sözlərinin davamında buyurur:
"O, yenidən camaatı islama də`vət edəcək və onları unudulmuş hökmləri yerinə yetirməyə vadar edəcək. Həqiqətən İmam camaatı unudulmuş hökm-lərə tərəf hidayət etdiyi üçün "Məhdi", Haqq uğrunda qiyam etdiyi üçün "Qaim" adlan-dırılmışdır."
İmam Baqir (ə) həzrət Məhdi hökumətinin idarə üsulu haqqında buyurmuşdur:
«O, Peyğəmbər (s) kimi rəftar edəcək − xürafatları aradan aparacaq. Necə ki, Allah Rəsulu (s) cahiliyyət dövrünün tör-töküntülərini aradan apardı. O, İslamı əvvəlki halına qaytaracaq." (Mikayalul Məkarim, c. 1 səh. 57, 98-ci hədis)
6) Elm və maarifin təkamülü.
İmam Sadiq (ə) buyurur:
«Elm iyirmi yeddi hissədən ibarətdir. Peyğəmbərlərin gətirdiyi elmlər yalnız iki hissədir. Deməli, indiki insan-lar iki hərfdən artıq heç nə bilmirlər. Qaimimiz qiyam edən zaman elmin iyirmi beş hər-fini də üzə çıxaracaq və camaat arasında olan o iki hissəyə də əlavələr edəcək." (Biharül ənvar, c. 52, səh. 336, 73-cü hədis.)
"Elm o qədər çox yayılacaq, elm öyrənmək o qədər asanlaşacaq ki, hamı elmə yiyələnəcək və artıq insanların bir-birlərinin elmlərinə ehtiyacları olmaya-caq."
İmam Baqir (ə) buyurur:
"Həzrət Məhdi (ə) hikmət və elmi aşkar edən zaman qadın öz evində Allahın kitabı və peyğəmbərin sünnəsinə əsasən hökm verər." (Biharul ənvar, c. 5,2 s. 352)
İmam Əli (ə), Məhdinin (ə) zühurundan sonrakı dövr barə-sində buyurur:
"Elm mö`minlərin ürəklərinə yayılar və artıq mö`min öz mö`min qardaşının elminə ehtiyac duymaz." (Biharül ənvar, c. 53, səh. 76)
7) İdrakın kamilləşməsi
İmam Baqir (ə) buyurur:
"Bizim qaimimiz qiyam edən zaman Allah taala qüdrət əlini bəndələrinin başı üzərinə qoyar və bununla da onların ağıllarını cəmləşdirib dü-şüncələrinə kamillk bəxş edər." (Muntəxəbül əsər, fəsl 7, bab. 12, səh. 473)
8) Əmin-amanlıq:
"Onun zamanında qoyunla canavar, inəklə şir, insanla ilan mehribanlaşar." (Biharül ənvar, c. 51, s. 61).
Həzrət İdrisin (ə) səhifəsindən nəql olunur:
"Məhəmmədin övladlarının Qaimi zahir olan zaman yer üzü əmniyyət tapar. Bir-birinə zərər vurma və qorxu-hürkü aradan gedər. Vəhşi heyvanlar insan-larla yaşayar və bir-birinə əziyyət yetirməzlər." (Biharül ənvar, c. 52, s. 384)
Əmirəl-mö`minin Əli (ə) buyurur:
"Həzrət Mehdinin dövründə bir qadın Şam və İraq arasında yol gedərkən ayağını yaşıllıq və bitki üzərindən başqa yerə qoymaz. Onun yanında qiymətli əşyaların olmasına baxmayaraq heç bir quldur ona hücum etməz və o qadın heç nədən qorxmaz." (Mikyalul Məkarim, c. 1, s. 101, hədis 228)
9) Könüllərin ülfəti
Əmirəl-mö`minin Əli (ə) Peyğəm-bərdən soruşur:
"Mehdi (ə) bizim ailəmizdən-dir?
Həzrət buyurur: "Bəli, Allah taala dini bizim əlimizlə başladığı kimi, bizim əlimiz-lə də yekunlaşdıracaq. Camaat İmamın sayəsində fitnələrdən qurtular, necə ki, bizim vasitə-mizlə şirkdən nicat tapdı. Allah taala onun vasitəsilə fitnə və düşmənliklərdən sonra ülfət və qardaşlıq vücuda gətirəcək, necə ki, bizim vasitəmizlə düşmənlik və şirk-dən sonra dində ülfət vücuda gətirdi." (Biharül ənvar, c. 51, hədis 34)
Əli (ə) buyurur: "Allah taala həzrət Mehdi (ə) vasitəsilə müxalif ürəklər arasında ül-fət və dostluq vücuda gətirəcək-dir."
Digər hədisdə buyurur: "Bizim Qaimimiz qiyam edərkən göy yağışını yağdırar, yer bitkilərini bitirər və düş-mənlik, kin bəndələrin ürəklə-rindən silinər."
10) Yer üzünün günahlardan paklanması
İmam Sadiq (ə), Məhdi (ə) həzrətlərinin zühurundan sonra camaatın halı barədə belə buyurur:
"Yer üzündə Allahın fər-manından qaçılmaz, Allaha itaətsizlik olmaz."

Mesume Şahmardanlı

MUSAHIBE


Müselman azeri xalqının XII imam hezret Mehdi (ec.) baresinde olan mara-ğını nezere alaraq, ruhani qardaşımız Mehemmedmehdiden o hezret bare-sinde verdiyimiz suallara qısaca da olsa cavab vermesini xahiş etdik.
-Salam.
-Eleykümessalam ve rehmetullah.
-Cenab Mehemmedmehdi, İmam Mehdi kimdir, ne vaxt ve harada dün-yaya gelib, valideynleri kimdir?
-Demeliyem ki, onun esl adı Mehem-med peyğemberin (s) adı ile eynidir ve o Hezretin neslindendir. Müselmanlar onu esasen Mehdi, Sahibezzaman, Be-qiyyetullah, İmam Zaman kimi leqeb-lerle tanıyırlar. O Hezret islam tarixile 255-ci il, şe`ban ayının 15-i, cüme günü, sübh vaxtı İraqın Samire şeherinde anadan olmuşdur. Atası XI imam Hesen Esgeri (e), anası ise müselman qadınları arasında ezemetle yad edilen xanım Nergiz xatundur.
-İmam Mehdinin (ec.) insanların gözünden qeybe çekilmeyinin ele bir sebebi varmı?
- O hezretin qeybe çekilmeyinin bize me`lum olan bir neçe sebebi vardır. O da bu deyeceklerimizden ibaretdir:
1) Can tehlükesi. İqtidarda olan hakim qüvveler öz şexsi menafeleri üçün imamların çoxunu ciddi nezaret altında saxlamış, nehayet bununla da kifa-yetlenmeyerek Allah övliyalarını şehid etmişler. Bu nezaret hezret Mehdinin (ec.) atasının vaxtında daha keskin şekil almışdı. Çünki, onlar müselmanların qeti inanclarına esasen bilirdiler ki,
onun övladı inqilab ederek zalımların hakimiyyetine son qoyacaqdır. Bütün bunlara esasen, eger onlar İmam Mehdini (ec.) tapsaydılar, öldürecek-diler. Hetta o vaxt İmam beş yaşında olmasına baxmayaraq, onu öldürmek üçün defelerle cehd edilmişdi.
2) İnsanların sınanması. Bu dünya insanların kamal ve seadete çatmaları üçün sınaq meydanıdır. İslami hedis-lerden aydın olur ki, o, qeybe çeki-lenden sonra fitne-fesad her yeri bürüyecek ve insanların zeif imanlıları haqq yolundan kenara çıxacaqlar. Allah taala heqiqi imanı zeifinden ayırmaq üçün insanları bu cür sınayacaqdır. Hemin dövrde insanların eqidesinde onun baresinde şekk-şübhe yaranacaq, be`zileri ise, uzun müddet yaşaya bilmesinin mümkün olmadığını söyle-yecekler. Xalqın möhkem eqideli-lerinden savayı heç kes ilahi imta-handan başıuca çıxmayacaq.
3) İnsanlarda vahid dünya hökumeti qebul etmek qabiliyyetinin olmaması. İmam Mehdinin işi vahid dünya hökumeti quraraq insanları seadete çatdırmaqdır. Ancaq onun yaşadığı dövrden indiyedek insanların derketme seviyyesinin aşağı olması buna imkan vermemişdir. Ona göre de İmam, şerait hazır olana kimi qeyb perdesi arxa-sında intizarda qalmalıdır.
4) Zalımların hakimiyyetini tanıması. İmam Mehdi Sahibezzamandan evvelki imamların be`zisi ilahi meslehete esasen, zalımların hakimiyyetini qebul etmemiş ve bu yolda şehid olmuşdur. Be`zileri ise şehid olmağın heç neyi deyişdirmeyeceyini bilib, qiyam etme-mişler. Ancaq, hez. Mehdi (ec.) zülmün kökünü kesmek üçün saxlandığına göre, meslehet görülmemişdir ki, o cür hakimiyyeti qebul etsin. Eger o hezret bey`et etmeseydi, onu şehid edecek-diler. Buna göre de İmam münasib şerait yaranana kimi, bir müddet gözlerden gizli yaşayır. Bu dedik-lerimiz, Ehli Beyt hedislerinden alınan neticelerdir. Ancaq, bütün bunlarla ya-naşı, hedislerde qeybe çekilmeyinin heqiqi sirrinin ancaq o hezret zühur edenden sonra üze çıxacaqı da bildi-rilmişdir.
-Hezret Mehdinin (ec.) neçe yaşı vardır?
-O, dünyanın uzunömürlü şexslerindendir. Hal-hazırda o hezertin 1168 yaşı vardır.
-Maraqlıdır, bir insanın bu qeder yaşaması nece mümkündür?
-Cenab Müntezir, siz bu işe ne üçün teeccüblenirsiniz? Nece ola biler ki, heyvanlardan, ağaclardan, bitkilerden neçe min il yaşayanı olsun, ancaq insanlar içinde Allahın sevimlisi olan bir şexs bu qeder yaşaya bilmesin? Meger biz inanmırıq ki, Allah taala her şeye qadirdir? Eger tarixe nezer salsaq, onlarla insanın uzun müddet ömür sürdüklerinin şahidi olarıq. Misal olaraq hez. Nuhu, hez. İbrahimi, hez. İsanı ve bir çox peyğemberleri nümune getire bilerik. Bütün bunların en bariz nümünesi ise hez. Xızırdır. O, Musa peyğemberin zamanından günü-müzedek sağ qalmış ve bundan da sonra qiyamete qeder sağ qalacaqdır. Xülase desek, Allah taala ali bir hedefi heyata keçirmek üçün onun uzun bir müddet sağ qalmasını istemişdir.
Tibb elmi de, uzunmüddetli tecrü-belerden sonra bu qenaete gelmişdir ki, insanın beden hüceyreleri uzun-müddeti yaşamaq qabiliyyetine malik-dir. Eger onları mehv eden her hansı bir amil qarşıya çıxmazsa, insan hemi-şelik olaraq sağ qalar. Eger bu dövrde de qedim zamanlarda olduğu kimi neçe min yaşı olan insanlara rast gelinseydi, heç kes İmam Mehdinin (ec.) uzun ömürlülüyüne teeccüblenmezdi.
-Çox sağ olun. Beşinci sualımız bundan ibaretdir: İslam menbelerinde onun baresinde etraflı me`lumat verilibmi ve müselmanların bu barede fikirleri nedir?
-İslam menbelerinde o hezret baresinde texminen 6000 hedis mövcuddur. İslam alimleri terefinden o Cenabın haqqında şie-sünni qardaş-larımız terefinden yüzlerle cild kitab yazılıbdır. Hetta bu eserlerin be`zisi İmam hele dünyaya gelmezden önce yazılmışdır. Xülase desek, qelblerinde bir azca iman işıltısı olan heç bir müselman onu inkar etmez.
-Siz, XII imam Mehdi (ec.) hezretlerinin "axirezzaman" da zühur edeceyini söyleyirsiniz. O hansı zamandır?
-Bizim imamımızın axırzamanda üze çıxacağını söyledikde, meqsedimiz onun zühuru ile sona çatan intizar zamanıdır. Buna göre de onun zühuruna yaxın olan dövre, hedislerde "axırüzzaman" adı verilmişdir. Zühur dövrü beşeriyyet tarixinde yeni bir dövrdür. Ondan bir müddet evvel olan dövr axırzaman adlandırılır. Ancaq bu qiyamet gününe aid olan axırzaman deyildir. Qiyamet Mehdi (ec.) höku-metinden neçe iller sonra baş verecekdir.
-Xristianların eqidesine esasen, hez. İsa (e) bir vaxt yer üzüne enecek. Müselmanlar ise İmam Mehdinin (ec.) üze çıxacağını söyleyirler. Bunu nece başa düşek? Sizce onlar adları müxtelif olan eyni bir şexs deyillermi?
-Xeyr, bele deyil. Elbette, menbe-lerimize esaslanaraq onların hez. İsanın (e) geleceyi baresinde olan fikirlerini biz de destekleyirik. Ancaq onu da qeyd edek ki, onların menbelerinde hez. İsanın gelmesi barede olan me`lumatlardan elave, İmam Mehdinin (ec.) geleceyini bildiren yazılar da var-dır. Meselen, Hez İsa (e) buyurub: "...Çünki güman etmediyiniz bir vaxt, insan oğlu gelecekdir."
Bu İsanın şagirdlerinin sözü deyil ki, "insan oğlu"nun Hez. İsa (e) olduğunu söyleyek. Bu, sözü deyen İsadır (e). Bu sadece bir misal idi. Ancaq, bizim dinimizde bu barede daha dolğun me`lumatlar verilmişdir. Hez. İsa (e), İmam Mehdi (ec.) zühur edenden sonra sübh namazı vaxtı, Felestinde yere enecek ve İmamın dayağı olacaqdır.
-Sizce İmam Mehdi (ec.) inqilabı ne vaxt baş verecekdir?
-Bu sual tarix boyu hemişe verilmiş ve bunun etrafında çoxlu söz-söhbetler getmişdir. Hetta, o hezretin doğul-masından evvelki dövrlerde de, islam peyğemberine (s) ve me`sum imamlara (e) bu barede suallar verilmişdir. Onlar bunun deqiq vaxtını müey-yenleşdirmemişler. Ancaq evvelki dövrlerde baş verecek hadiseleri qeyd etmiş ve bildirmişler ki, o hadiseler baş verenden sonra Mehdi (ec.) qiyam edecek, bütün dünyanı öz hakimiyyeti altına alacaq. Qeyd etmeliyik ki, bu hadiselerin çox hissesi baş vermişdir. Demek olar ki, qalanları qeti elametlerdir.
-Cenab Mehemmedmehdi, biz görürük ki, dünyanın qüdretli dövlet-lerinin çoxu islam dininde deyildir ve eks terefde, müselman dövletleri de öz dinlerinde zeifdirler. Bele olan terzde hez. Mehdi Sahibezzamanın (ec.) dünya qüdretlerine qelebe çalması nece mümkündür?
-İslami menbelerde qeyd edilir ki, o hezret, en münasib silahlarla silah-lanmış olacaqdır. Bele ki, bugünkü silahlar onun yanında çox deyersiz görünecek. Tebii hadiseler – zelzele, tufan, sel, ildırım ve s. onun ixtiyarında olacaqdır. Bu bir cehet. Başqa bir cehetden de, o hezret öz geniş planını beyan etmekle, söhbetlerile insanların fikrinde inqilab edecekdir. Diger terefden de dünya xalqları müharibe, zülm haqsızlıq, fitne-fesad elinden cana doyacaq. Buna göre de onun zühuru, insanlar üçün susuzluqdan yananın su tapması kimi olacaqdır.
-Nehayet sonuncu sualımız: Açıqlayın ki, İmam Mehdi (ec.) üze çıxandan sonra hansı yenilikler baş verecekdir? Dünyada hansı islahatlar heyata keçecekdir?
-İmam Mehdi (ec.), hedislere esasen meherrem ayının onu, cüme günü, Mekke şeherinde, Ke`be evinin kenarında üze çıxacaq. 313 nefer xüsusi sehabesi onunla bey`et ederek, onu başçı kimi tanıdıqlarını bildirecek ve İmamın emri ile dünyanın her terefine yayılaraq xalqı ona tabe olmağa çağıracaqlar. Belelikle dünyada böyük bir çevriliş baş verecekdir. O, zülmkarları möhkem yapışdıqları kürsülerinden qopardaraq kenara atacaq ve vahid olan dünya hökumeti teşkil edecekdir. Ele bir hökumet ki, müharibelere son qoyacaq, xarabalıqları abadlaşdıracaq, iqtisadi ehtiyacları aradan qaldıracaqdır. Ümümiyyetle, maddi çetinlikler aradan qaldırılacaq ve hetta sedeqe, nezir vermek üçün kasıb bele tapılmayacaq. Haqsızlıqdan qan olmuş qelbler, ümid güneşinin doğmasıyla ruhi bir aramlığa qovuşacaq. Dünyanın fitne-fesad ve pozğunluq yuvaları mehv edilecek, elm ve texnika son derecede inkişaf edecek, dünya rabite sisteminde fövqelade irelileyiş baş verecekdir.
-Cenab Mehemmedmehdi, maraqlı müsahibe üçün size teşekkür edirik. Ümidvarıq ki, gelen görüşlerde biz sizden yene XII İmam hez. Mehdi (ec.) baresinde maraqlı me`lumatlar elde edeceyik.
-İnşallah...
Müsahibeni aldı: Müntezir Şahmerdanlı.