<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d17190627\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://meqale-imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://meqale-imammehdi.blogspot.com/\x26vt\x3d-1288253874373569252', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Sunday, October 30, 2005

Həzrət Məhdi əleyhissəlamın qeybə çəkilməsinin siyasi-ictimai səbəbləri

İmamların camaatı düz yola y ö nəltməkdə məqsədləri, onları kamalın son həddinə çatdırmaq olmasında şübhə yoxdur. Bu isə o vaxt həyata keçər ki , camaat bu y ö nəltmədən istifadə etməyi bacarsın. Əgər camaatda belə bir hazırlıq olmasa , onda Allah tərəfindən tə’yin edlilmiş rəhbərin camaat arasında olmasının heç bir xeyri olmayacaq. Təəssüflər olsun ki , İmamların , xüsusən də, İmam Cavad əleyhissəlamdan sonrakı İmamların d ö vründəki təzyiqlər və son dərəcə məhdudiyyətlər g ö stərir ki , cəmiyyətin İmamların rəhbərliyindən istədikləri kimi istifadə etməsi üçün lazımi şərait olmamışdır. (Belə ki , bu təzyiqlər nəticəsində on birinci və on ikinci İmamın fəaliyyəti ən aşağı səviyyəyə çatmışdı.) Bu g ö stərir ki , İmamların cəmiyyətdə rəhbərlik və hidayətindən istifadə etmək üçün əlverişli şarait yox idi. Buna g ö rə də, cəmiyyət lazımi hazırlığı tapana qədər Allah-taala on ikinci İmamın qeybə çəkilməsini məsləhət bilmişdir. (Bu barədə irəlidə s ö hbət edəcəyik.) Əlbəttə on ikinci İmamın qeybə çəkilməsinin bütün sirləri bizə mə’lum deyil , ancaq dediyimiz amil o Həzrətin qeybə çəkilməsinin əsas səbəbi ola bilər. İslami rəvayətlərdə on ikinci İmamın qeybə çəkilməsinin səbəbləri sahəsində üç məsələ əsas g ö türülür:
1. İnsanları sınama
Bildiyimiz kimi Allahın sabit adət-ən’ənələrindən biri də, bəndələri imtahana çəkib pak və təmiz insanları seçməkdir. Həyat daima imtahan və sınaq səhnəsi olmuş , bəndələr bu yolla ö z iman və səbrləri sayəsində və ö zlərini Allahın əmrlərinə təslim etmək nəticəsində tərbiyə olunaraq kamala yetişməli və onların gizli iste’dadları çiçəklənməlidir. Həzrət Məhdi (əleyhissəlam) qeybdə olduğu müddətdə insanlar sınağa çəkilir. İman və əqidəsi m ö hkəm olmayan şəxslərin iç üzü aşkar olaraq şəkkə düçar olur , lakin iman və əqidəsi qanına işləmiş şəxslər o Həzrətin zühurunu g ö zləmək və çətinliklərə sinə gərmək nəticəsində əqidələri daha da m ö hkəmlənir və Allahın daha b ö yük mükafatlarına layiq g ö rülürlər.
İmam Museyi-Kazim (əleyhissəlam) buyurmuşdur: “Beşinci oğlum qeybə çəkildikdə dininizi qoruyun , muğayat olun kimsə sizi yolunuzdan çıxarmasın. O , istər-istəməz (məcburiyyət qarşısında) qeybə çəkiləcək. Onda bə’zi m ö ’minlər ö z əqidələrindən d ö nəcəklər. Allah-taala onu qeybə çəkməklə ö z bəndələrini sınağa çəkir...” [1]
İslam rəhbərlərinin s ö zlərindən belə başa düşülür ki , Allahın İmam Məhdi əleyhissəlamı qeybə çəkməklə bəndələri sınağa çəkməsi Allahın ən çətin sınaqlarından biridir. [2] Bu çətinlik isə iki cəhətə g ö rədir:
1) Qeyb d ö vrünün ö zünə g ö rə , yə’ni , qeyb d ö vrü həddən artıq uzun çəkəcəyindən insanların çoxu buna şəkk edəcək. Bə’ziləri ümumiyyətlə, İmam Məhdi əleyhissəlamın doğulmasında (dünyaya gəlməsində) , bə’ziləri isə o Həzrətin ö mrünün uzanmasında şəkk edəcək. O Həzrətin İmamətinə sınaqdan çıxmış və əqidəsi m ö hkəm olan şəxslərdən başqa heç kəs inanmayacaq. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurduğu geniş bir hədisdə s ö yləmişdir: “Məhdi (əleyhissəlam) şiə və ardıcıllarının g ö zündən itəcək , Allah-taala qəlblərini iman üçün ləyaqətli etmiş şəxslərdən başqa heç kəs onun İmamətinə olan əqidəsini qoruyub saxlaya bilməyəcək.” [3]
2) İmam Məhdi əleyhissəlamın qeybdə olduğu müddət ərzində adamların dəyişilməsinə səbəb olan, baş vermiş və verəcək çətinliklər , təzyiqlər və g ö zlənilməz hadisələrə g ö rə; Yə’ni , inam və əqidəni qorumaq , dində sabit qalmaq çətin bir işə çevriləcək və insanların imanı bir sıra çətinliklərlə, təhlükələrlə üzləşəcək. [4]
2. İmamın canını qorumaq
Allah-taala on ikinci İmamı qeybə çəkməklə onu ö lümdən qurtarmışdır. Çünki əgər o Həzrət ö mrünün ilk günlərindən camaatın arasında olsaydı, onu mütləq ö ldürəcəkdilər. Deməli , o Həzrət münasib vaxtdan qabaq da zühur etsə , yenə həyatı təhlükədə olar , nəticədə ö z İlahi vəzifələrini yerinə yetirməyə , cəmiyyəti islah etmək sahəsindəki ali məqsədlərini icra etməyə nail olmaz. İmam Sadiq əleyhissəlamın səhabələrindən olmuş Zürarə deyir: İmam Sadiq (əleyhissəlam) buyurdu: “G ö zlənilən İmam qiyam etməzdən qabaq bir müddət g ö zlərdən itəcək.” Soruşdum ki , nəyə g ö rə? Buyurdu: “Çünki canı təhlükədə olacaq. [5]
3. Zəmanə zalımları ilə bey’ət etmək zülmündən qurtarmaq
On ikinci İmam heç bir rejimi , hətta təqiyyə[6] üzündən də olsa belə, rəsmi tanımamış və tanımır. O , heç bir hakimin h ö kumətini qəbul etmək məcburiyyətində olmayıb və olmayacaq. O , ö z vəzifəsinə uyğun olaraq rəftar edir , Allahın dinini mükəmməl şəkildə , çəkinmədən və heç bir bəhanəni qəbul etmədən icra edir. Belə olduqda isə kiminləsə bey’ət etməyə lüzum qalmır. Həsən ibn Fəzzal deyir: “İmam Riza (əleyhissəlam) buyurdu: “Sanki üçüncü oğlumun (İmam Həsən Əskəri əleyhissəlamın) ö lümündən sonra ö z İmamını axtaran , lakin onu tapa bilməyən şiələrimi g ö rürəm.” Mən dedim: “Nə üçün o , g ö zlərdən itəcək?” İmam cavab verdi: “Ona g ö rə ki , əlində qılınc qiyam edəcəyi zaman heç kəsə tabe olmasın.”[7]
[1] Əl-Qeybət, səh. 204.
[2] Əl-Qeybət,səh. 203–207.
[3] Müntəxəbül-asar,səh.101, hədis 4.
[4] Əmin-amanlıq müjdəsi, səh.177–178.
[5] Üsuli-kafi, c.1, səh.337.
[6] Təqiyyə hər hansı bir şəxsin (millətin) qəbul etmədiyi rejimin , məzhəbin qayda-qanunlarına zahirdə əməl etməsinə deyilir. Məsələn, şiə olan bir şəxs sünnilər içərisinə düşdükdə əgər şiə qayda-qanunlarını yerinə yetirmək mümkün olmasa , sünni məzhəbinin qayda-qanunlarına əməl edə bilər.
[7] Kəmalüddin, səh.480.

0 Şərh var:

:
:
:

<< Ana səhifə